Mövzu Statistika elmi haqqında anlayış, onun predmeti və statistik fəaliyyətin təşkili



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə13/18
tarix21.04.2017
ölçüsü1,48 Mb.
#14978
1   ...   10   11   12   13   14   15   16   17   18

1

q

1

) indeksin çəkisidir. Çəkilərin mütləq qiymətləri əvəzinə nisbi 

kəmiyyət  götürüldükdə  orta  kəmiyyətin  qiyməti  dəyişilməz  qalır.  Buna  uyğun  olaraq  harmonik  qiymət 

indeksinin düsturunu aşağıdakı kimi də yazila bilər:  

                                                 ∑ 

W

 



 

                 

               

 İ



p

 ═  ────── ; 



                                                     

                                                     ∑ ──W 



                                                

               



i

Burada: W-ümumi əmtəə dövriyyəsində əmtəə qruplarının xüsusi çəkisidir. 

  

    Orta  əmtəə  dövriyyəsinin  (məhsulun)  fiziki  həcm  indekslə-rinin  hesablanması.  Əmtəə  dövriyyəsinin 

fiziki  həcm  indeksinin  aqreqat  düsturundan  orta  indekslərə  keçmək  ücün  əvvəlcə  fərdi  həcm  indeksi  

düsturundan q

1

-in qiymətini müəyyən edib q

1

=  i



q

o

 aqreqat fiziki həcm indeksində yerinə yazsaq, hesabi 

orta əmtəə dövriyyəsinin (məhsulun) fiziki həcm indeksi alınar:   

 

                                                  ∑ i



q



p

o

  



                                        İ

q

 ═  ────── ; 



                                                   ∑ q

p



o

  

 

    Bu indeksdə çəki rolunu əsas dövrün qiymətlərilə əsas dövr-də əmtəə dövriyyəsinin dəyəri (q



o

p

o

) ifadə 


edir. Düsturun sürə-tində  fərdi  həcm  indeksini əsas dövrdə  əmtəə  dövriyyəsinin dəyərinə  vurduqda əsas 

dövrün  qiymətlərilə  hesabat  dövründə  əmtəə  dövriyyəsinin  (məhsulun)  həcmini  (q



1

p

o

)  müəyyən  etmiş 

olarıq. Deməli, hesabi orta fiziki həcm indeksində alınan nəticə aqreqat həcm indeksində alınan nəticənin 

eyni olacaqdır. Təc-rübədə əmtəə dövriyyəsinin (məhsulun)  fiziki  həcminin dəyişil-məsi ən çox aqreqat 

və hesabi orta həcm indeksi düsturları ilə müəyyən edilir.  

    Əmtəə  dövriyyəsinin  (məhsulun)  fiziki  həcminin  dəyişilmə-sinin  müəyyənləşdirilməsində  hesabi  orta 

indeks  düsturundan  da  istifadə  edilir,  çünki  əsas  dövrdə  əsas  dövrün  qiymətlərilə  əmtəə  dövriyyəsi 

haqqında (q



o

p

o

)  məlumat və  fərdi  fiziki  həcm  in-deksləri üzrə  məlumat əldə  etmək çox asandır.  Burada 



q

o

p

o

 va-riantın (i



q

) çəkisi rolunu ifadə edir. Ona görə də əmtəə dövriy-yəsinin mütləq qiymətləri əvəzinə 

ümumi  əmtəə  dövriyyəsində  ayrı-ayrı  əmtəə  qruplarının  xüsusi  çəkisindən  də  istifadə  etsək  indeksin 

cavabı dəyişilməz. Belə halda əmtəə dövriyyəsinin  fi-ziki həcm indeksinin düsturu aşağıdakı kimi yazıla 

bilər:     

                                                            ∑ i

W  



                                                İ

q

 ═  ────── ; 



                                                              ∑ W 

  

 



    Müxtəlif  müqayisə  əsası  ilə  və  müxtəlif  çəkilərdə  indekslər  sırası.  Yuxarıdakı  hesablamalardan  aydın 

olur  ki,  indekslər  iki  dövrün  məlumatının  müqayisəsi  nəticəsində  iqtisadi  hadisələrin  dəyişilməsini 

ölçməyə imkan verir. Bununla bərabər təcrübədə iqtisadi hadisələrin üç və daha çox dövrdə dəyişilməsini 


57 

 

müəy-yənləşdirmək tələb olunur. Hadisələr haqqında məlumat üç və daha çox dövrə verildikdə müqayisə 



üçün  hansı  dövrün  məlu-matının  müqayisə  üçün  əsas  olmasından  asılı  olaraq  indekslər  əsas  və  silsiləvı 

indekslərə ayrılır. Fərdi indekslərdə əsas və sil-siləvi indekslər eyni prinsiplə  hesablanır. Hər bir sonrakı 

döv-rün  məlumatı  müqayisə  üçün  əsas  götürülmüş  dövrün  məlumatı  ilə  müqayisə  edildikdə  əsas

 

indekslər, hər bir sonrakı dövrün məlumatı özündən qabaqkı dövrün məlumatı ilə müqayisə edil-dikdə isə 



silsiləvi indekslər alınır. 

    Əsas indekslərlə silsiləvi indekslər arasında qarşılıqlı əlaqə vardır. Belə ki, fərdi silsiləvi indeksləri bir-

birinə  vurduqda  müvafiq  dövrün  fərdi  əsas  indeksini  almaq  mümkündür,  əsas  indeksləri  bir-birinə 

böldükdə  iki  müvafiq  silsiləvi  indeksi  al-maq  olar.  Əsas  indeksdən  silsiləvi  indeksə  və  silsiləvi  indeks-

dən əsas indeksə keçmək bütün fərdi indekslərə xasdır. Bu za-man hesablanan indekslərin sayı məlumatı 

götürülmüş dövrlə-rin sayından bir əskik olacaqdır.   

     Fərdi əsas və silsiləvi həcm indekslərinin hesablanmasını Azərbaycan Respublikasında 2006-2010-cu 

illərdə  fərdi sahib-karlar, ailə  kəndli  və  ev təsərrüfatları tərəfindən taxılın ümumi  yığımı  misalında  izah 

edək (cəd. 5.15)

     Silsiləvi  fərdi  həcm  indekslər  sistemini  bir-birınə  vurduqda  2008-cü  ilin  əsas  fərdi  həcm  indeks 

sistemini alırıq. Həqiqi qiy-mətləri yerinə yazaq:

 

Cədvəl 5.15. Fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatlarında taxılın ümumi yığımının dinamikası. 

  

Illər 

Ümumi taxıl

  yığımı 

Fərdi fiziki həcm indeksləri, %-lə 

ə

sas indekslər 

   silsiləvi indekslər 

2006 


2102,6 



2007 

2068,1 


2068 : 2103 = 98,3 

2068 : 2103 = 98,3 

2008 

2029,4 


2029 : 2103 = 96,4 

2029 : 2068 = 93,7 

2009 

1951,1 


1951 : 2103 = 92,7 

1951 : 2029 = 91,7 

2010 

2411,8 


2412 : 2103 = 114,6 

2412 : 1951 =123,6 

    

 

 



0,983 · 0,937 · 0,917 · 1,236 = 1,044 və ya 104,4% 

 

    Silsiləvi  indeks  sistemindən  əsas  indeks  sisteminə  və  əksinə  keçid  mümkündür.  Həmin  keçid  sabit 



çəkilərlə ümumi indeks-lər sistemində də mümkündür. 

    Qarşıda  qoyulan  vəzifədən  asılı  olaraq  sabıt  və  dəyişən  çəki-lərlə  indekslər  sırası  qurula  bilər.  Lakin 

bilmək  lazımdır  ki,  ümumi  indekslərdə  silsiləvi  indeks  sistemindən  əsas  indeks  sis-teminə  və  əksinə 

keçmək ancaq sabit çəkilərlə indekslər sistemi qurulduqda ola bilər.  

    Sabit  çəkilərlə  əsas  indekslər  sistemində  indeksləşdirilən  bir  dövrün  kəmiyyəti  və  çəkisi  sabit 

götürülür,  dəyişən  çəkilərlə  əsas  indekslər  sistemində  indeksləşdirilən  bir  dövrün  kəmiyyəti  sabit 

götürülür,  çəkilər  isə  dəyişir.  Əsas  indekslərdə  hər  bir  sonrakı  dövrün  indeksləşdirilən  kəmiyyəti 

müqayisə üçün əsas götürülmüş dövrün indeksləşdirilən kəmiyyətə nisbəti müəyyən edilir. Sabit çəkilərlə 

hesablanan silsiləvi indekslər sistemində  hər sonrakı dövrün indeksləşdirilən kəmiyyəti özündən əvvəlki 

dövrün indeksləşdirilən kəmiyyətilə müqayisə edilir, çəkilər dəyişir. 

    Fərdi  indekslərdə  olduğu kimi, ümumi  indekslərin növləri olan əsas  və  silsiləvi  indekslər arasında da 

qarşılıqlı əlaqə var-dır. Bu əlaqədən istifadə edərək əsas indeksləri bir-birinə böl-dükdə silsiləvi indeksi, 

silsiləvi  indeksləri  isə  bir-birinə  vur-duqda əsas  indeksləri almaq  mümkündür. Əsas  indeksdən sil-siləvi 

indeksə və əksinə keçmək yalnız sabit çəkilərlə hesab-lanılan ümumi indekslərdə ola bilər. Bu baxımdan 

sabit  çəki-lərlə  hesablanan  ümumi  indekslər  dəyişən  çəkilərlə  hesablanan  indekslərə  nisbətən  üstünlüyə 

malikdir. Çünki dəyişən çəkilərlə hesablanan ümumi indekslərdə silsiləvi indeks sistemindən əsas indeks 

sisteminə və əksinə keçmək mümkün deyildir. Ümumi düstur şəklində fiziki həcm indeksində silsiləvi in-

deksdən əsas indeksə keçilmə qaydası aşağıdakı kimidir:  

 

                     ∑ q

p



1           

∑ q


p



        ∑ q

p



      ∑ q

p



 

                   ───── x ───── x ───── = ───── ; 



                     ∑  q

p



1          

∑ q


p

1          



∑ q

p



1           

∑ q


p

1     



 

    Sabit çəkilərlə əsas indeksləri bir-birinə böldükdə müvafiq dövrün silsiləvi indeksini alırıq. Hesablanan 

indekslərin iqti-sadi mahiyyətinə böyük əhəmiyyət verilməlidir. Bu məqsədlə indekslərdə çəkinin düzgün 

seçilməsi mühüm əhəmiyyətə ma-likdir. İndekslərin hesablanmasında hansı dövrün kəmiyyətlə-rinin çəki 

kimi  götürülməsi  tədqiqatın  məqsəd  və  vəzifəsindən  asılı  olaraq  müəyyənləşdirilməlidir.  Əmtəə 

dövriyyəsinin  (məhsulun)  fiziki  həcm  indeksində  əsas  dövrün  qiymətləri  (p



o

),  qiymətlər  indeksində 

hesabat  dövründə  satılmış  məhsulların  miqdarı  (q

1

)  götürülməlidir.  Ancaq  bu  halda  satılmış  və  yaxud 

istehsal  edilmiş  məhsulun  həcminin  dəyişilməsini  və  qiymət-lərin  dəyişilməsi  nəticəsində  cari  dövrdə 


58 

 

əhalinin  əldə  etdiyi  qənaətin  və  ya  israfın  mütləq  həcmini  düzgün  xarakterizə  et-mək  mümkündür. 



Oiymətlər indeksində indeksləşdirilən kə-miyyətlər p

1

, p

2

, p

3

, p

n

 ilə, onlara müvafiq çəkiləri q



1

, q

2

, q

3

, q

n 

ilə işarə etsək o zaman əsas qaydada ümumi qiymətlər in-deksi sistemi sabit çəkilərlə aşağıdakı düsturlar 

şəklində:  

   


 

                         ∑ p

q

1                                      



∑ p

q



1                                     

∑ p


n 

q



          İ

q(2/1)

 ═  ────── ;     İ



q(3/1)

 ═  ────── ;    İ



q(n/1)

 ═  ────── ; 



                         ∑ p

q



1                                      

∑ p


q

1



                         ∑ p

q



1

 

                                                        

 

və ya 

     


                          ∑ p

q



n                                      

∑ p


q

n                                     

∑ p

n 

q

n 

          İ

q(2/1)

 ═  ────── ;     İ



q(3/1)

 ═  ────── ;    İ



q(n/1)

 ═  ────── ; 



                          ∑ p

q



n                                      

∑ p


q

n

                         ∑ p

q



n

 

 

dəyişən çəkilərlə isə:  

 

         

                 

∑ p


q

2                                      



∑ p

q



3                                     

∑ p


n 

q

n 

          İ

p(2/1)

 ═  ────── ;     İ



p(3/1)

 ═  ────── ;    İ



p(n/1)

 ═  ────── ; 



                            ∑ p

q



2                                      

∑ p


q

3



                         ∑ p

q





 

kimi yazılır. 

    Silsiləvi qaydada ümumi qiymətlər indeksi sistemi sabit çə-kilərlə:   

                         ∑ p

q

n                                     



∑ p

q



n                                        

∑ p


n 

q

n 

         İ

p(2/1)

 ═  ────── ;     İ



p(3/2)

 ═  ────── ;    İ



p(n/n-1)

 ═  ────── ; 



                         ∑ p

q



n                                      

∑ p


q

n

                         ∑ p

n-1 


q

n 

 

dəyişən çəkilərlə kimi yazıla bilər. 



      Sosial-iqtisadi  hadisələrin  dəyişilməsini  xarakterizə  edən  mühüm  indekslər.  Bu  bölmədə  məhsulun 

fiziki  həcm  indeksi,  qiy-mətlər,  məhsulun  maya  dəyəri  və  əmək  məhsuldarlığı  indekslə-ri  şərh 

ediləcəkdir. 

   Məhsulun fiziki həcm indeksi statistikada hesablanan mühüm həcm indeksidir. Bu indeks proqnozların 

yerinə  yetirilməsinin,  məhsulun  həcminin  dinamikada  xarakterizə  olunmasında  geniş  tətbiq  edilir. 

Məhsulun fiziki həcm indeksinin hesablanmasında çəki rolunda əsasən əsas dövrün qiymətləri götürülür. 

Tədqiqa-tın qarşısında duran vəzifədən asılı olaraq cari dövrün qiymət-lərindən də istifadə edilə bilər. 

   Məhsulun  fiziki  həcm  indeksinin  hesablanmasında  ən  əlve-rişli  ortaq  ölçü  (çəki)  əsas  dövrdə  məhsul 

vahidinə sərf edilən vaxt (t

o

) ola bilər. Lakin təcrübədə bütün məhsullar üzrə məh-sul vahidinə sərf edilən 

vaxt  haqqında  məlumatın  olmaması  bu  göstərici  əsasında  məhsulun  fiziki  həcm  indeksini  hesablamağa 

imkan  vermir.  Məhsulun  fiziki  həcm  indeksinin  vaxt  ölçü  vahi-dinin  əsasında  da  hesablanmasının 

mühüm əhəmiyyəti vardır. 

    Sənaye və kənd təsərrüfatı müəssisələrinin verdikləri statis-tik hesabatlarında məhsulların həcmi dəyər 

göstəricisində  əsas  və  cari  dövrün  qiymətlərilə  verilir,  yəni  müəssisənin  ümumi  məhsulu  əsas  və  carı

 

dövrün qiymətlərində ifadə olunur. Bu-nunla əlaqədar olaraq məhsulun fiziki həcm indeksləri sistemi-nin 



hansı  qiymətlərdə  hesablanmasının

 

düzgün  müəyyən  edil-məsinin  mühüm  əhəmiyyəti  vardır.  Hər  bir 



sənaye müəssisəsi həmişə öz ümumi məhsulunu həm cari, həm də əsas dövrün qiymətlərində verir. Çünki 

məcmu  sənaye  məhsulunun  həcmi  üzrə  plan

 

tapşırığı  bu  qiymətlərdə  verilir.  Statistikada  belə  hal-da 



mühüm  metodoloji  məsələlərdən  biri  məhsul  çeşidlərinin  dəyişilməsi  və  asas  dövrün  qiymətlərinin 

seçilməsi  haqqında  məsələ  olmuşdur.  Statistika  uzun  müddət,  yəni  25  il  məhsulun  fiziki  həcm  indeksi 

sisteminin  qurulmasında  çəki  kimi  1926-1927-ci  illərin  qiymətlərindən  istifadə  etmişdir,  yəni  həmin 

dövrün  qiymətləri  müqayisəli  qiymət  kimi  götürülmüşdür.  Sə-naye  müəssisələrinin  istehsal  etdikləri 

məhsulların  çeşid  sayı  artdıqca,

 

yeni  məhsul  növləri  istehsalı  artdıqca  həmin  dövrün  qiymətlərindən 



müqayisəli  qiymət  kimi  istifadə  etmək  qeyri-mümkün  olurdu.  Ona  görə

 

də  sənaye  məhsulunun  həcmini 



di-namikada xarakterizə etmək üçün müqayisəli qiymət kimi 1951-ci ilin, sonra 1955, 1967, 1975, 1982, 

1995,  2000-ci  ilin  qiymətlərindən  istifadə  edilmişdir.  Beləliklə,  sənaye  məhsulla-rının  çeşidlərinin 

artması  və  qiymətlərin  dəyişilməsi  məhsulun  həcminin  dəyişilməsində  yeni  müqayisəli  qiymətlərdən 

istifadə edilməsinə səbəb olur. 

    Müasir  iqtisadi  şəraitdə  sənaye  məhsullarının  fiziki  həcm

 

in-deksləri  əsas  va  hesabat  dövrlərinin 



qiymətləri  asasında  hesab-lana  bilər.  Hansı  dövrün  qiymətlərinin  ortaq  ölçü  kimi  götürül-məsi  qarşiya 

qoyulan


 

tədqiqatın  vəzifəsindən  asılı  olaraq  həyata  keçirilir.  Kənd  təsərrüfatı  məhsullarının  fiziki  həcm 

indeksləri  də  yuxarıda  göstərilən  prinsiplər  əsasında  hesablanır.  Lakin  bil-mək  lazımdır  ki,  sənayeyə 


59 

 

nisbətən  kənd  təsərrüfatında  istehsal  edilən  məhsulların  çeşidləri  əhəmiyyətli  dərəcədə  azdır.  Kənd 



təsərrüfatı məhsulları müqayisəli qiymətlərlə DSK-da hesabla-nılır.      

   Sənayenin  və  kənd  təsərrüfatının  ümumi  məhsulunun  fiziki  həcmini  dinamikada  öyrənərkən  əsas  və 

silsiləvi indekslər sabit və dəyişən çəkilərlə hesablana bilər. Lakin bilmək lazımdır ki, silsiləvi indeksdən 

əsas indeksə və əksinə keçmək ancaq sabit çəkilərlə hesablanılan indekslərdə mümkündür. Bu məqsədlə 

məhsulun  fiziki  həcm  indekslərini dinamikada  müqayisəli qiy-mətlər  əsasında  hesablamaq  lazımdır. Bir 

müqayisəli qiymət-dən digərinə  keçmək  məhsulların qiymətlərinin dəyişməsi  və  yeni  çeşidlərdə  məhsul 

istehsalı ilə əlaqədardır. Müqayisəli qiymətlər əsasında məhsulun fiziki həcm indekslərinin hesab-lanması 

mürəkkəb hadisələrin dəyişməsini düzgün xarakterizə etməyə imkan verir. 

    Statistika  işlərində  hesablanan  mühüm  həcm  indekslərindən  biri  milli  gəlirin  (ÜMM-in)  fiziki  həcm 

indeksidir.  Bu  zaman  milli  gəlir  ayrı-ayrı  maddi  istehsal  sahələrində  yaranmış  xalis  məhsul  kimi 

müqayisəli  qiymətlərlə  ifadə  olunur.  Xalis  məh-sulu  hesablamaq  üçün  ayrı-ayrı  iqtisadi  fəaliyyət 

sahələrində  yaranmış ümumi  məhsuldan həmin sahələrdəki  material  xərc-lərini  çıxmaq  lazımdır. Bunun 

üçün  həm  ümumi  məhsul,  həm  də  material  xərcləri  müqayisəli  qiymətlərlə  verilməlidir.  Qeyd  etmək 

lazımdır  ki,  material  xərcləri  müssisələrdə  müqayisəli  qiymətlərlə  müəyyən  edilmir.  Müqayisəli 

qiymətlərlə material xərcləri DSK-da müəyyənləşdirilir.  

   Əmtəə  dövriyyəsinin  fiziki  həcm  indeksini  hesablamaq  üçün  əmtəə  dövriyyəsinin  indeksini  qiymətlər 

indeksinə bölmək la-zımdır. Müasir dövrdə əmtəə dövriyyəsinin fiziki həcm indek-sinin hesablanmasında 

müqayisəli  qiymətlərdən  istifadə  edil-məsi  nəzərdə  tutulmur.  Məhsulun  fiziki  həcm  indeksinin  aqre-qat 

düsturu aşağıdakı kimi qeyd olunur:  

 

                                                 



∑ q

p



o

  

                                         İ



q

 ═  ────── ; 



                                                      ∑ q

p



o

  

   


 

Burada, q

1

 və q

o

əsas və hesabat dövründə istehsal edilmiş məhsulun həcmi,           p



isə müqayisəli qiymətlərdir. 

    


Aqreqat məhsulun fiziki həcm indeksi ilə bərabər, təcrübədə hesabi orta həcm indeksinin düsturundan 

da istifadə olunur. Hesabi orta məhsulun fiziki həcm indeksinin düsturu belədir: 

 

                                            ∑ i

q



p

o



  

                                  İ



q

 ═  ────── ; 



                                              ∑ q

p



o

  

 

   



Burada, i

q

 - fərdi məhsulun fiziki həcm indeksi, q



p

o

 müqayisəli qiymətlərdə əsas dövrdə istehsal edilmiş məhsulun dəyəri  

 

    Bu  indeks  düsturları  müqayisəli  qiymətlərdə  məhsulun  fiziki  həcminin  dəyişməsini  faizlə  ifadə 



etməklə  bərabər  məhsulun  həcminin  dəyişilməsinin  mütləq  kəmiyyətlə  də  ifadə  etməyə  imkan  verir. 

Bunun  üçün  həmin  indeks  düsturlarının  sürətindən  məxrəcini  çıxmaq  lazımdır.  Mütləq  artım  və  ya 

azalma = ∑q

1

p



- ∑q

o

p

o

 və ya ∑  i





q

o

p



-

 

∑ q

o

p

o

. Alınan cavab müsbət olduqda, artmanı, mənfi olduqda 

isə azalmanı göstərir.  

    Əmtəə dövriyyəsinin fiziki həcm indeksi əmtəə kütləsinin dəyər indeksinin qiymətlər indeksinə nisbəti 

kimi  müəyyən edilir. Əmtəə  dövriyyəsi statistikasının  müasir təşkilində  dövlət və  kooperativ ticarətində 

əmtəə  dövriyyəsinin  bilavasitə  müqa-yisəli  qiymətlərdə  verilməsi  nəzərdə  tutulmur.  Dövlət  tənzim-

lənməsi  şəraitində  məhsulun  fiziki  həcminin  plan  tapşırığı  in-deksinin  aşağıdakı  düsturla  hesablanması 

mümkündür:  

 

                                               ∑ q



pl  

p

o



  

                                     İ



q

 ═  ────── ; 



                                                ∑ q

p



o

  

 

  



Burada q

pl 

- plan tapşırığı üzrə məhsul istehsalıdır.  

   

    Plan  tapşırığının  yerinə  yetirilməsini  xarakterizə  edən  məh-sulun  fiziki  həcm  indeksinin  düsturu 



aşağıdakı kimidir: 

 

                                                    ∑ q



1 

p

o



  

                                        İ



q

 ═  ────── ; 



                                                   ∑ q

 pl  

p

o



  

    


Keyfiyyət  indeksləri  sistemində  qiymətlər  indeksi  xüsusi  yer  tutur.  Müasir  dövrdə  qiymətlərin 

dəyişilməsi  əhalinin  maddi  ri-fahına  bilavasitə  təsir  göstərir.  Bazar  münasibətləri  şəraitində  qiymətlərin 

dinamikasının  tədqiqində  aqreqat  və  harmonik  qiy-mətlər  indeksinin  düsturlarından  istifadə  edilir. 

Hazırda  respublikamızin  DSK-sında  qiymətlər  indeksi  380  çeşiddə  geniş  isteh-lak  malları  üzrə 

hesablanır.  Bazarda  satılan  əmtəələrin  qiymətlərinin  dəyişilməsi  aqreqat  qiymətlər  indeksi  vasitəsilə 


60 

 

öyrənilir.  Pərakəndə  qiymət  indeksləri  əhalinin  həyat  səviyyəsinin  dəyişil-məsini  müşahidə  etmək  üçün 



mühüm  rola  malikdir.  Bu  məqsəd-lə  əsas  kimi  aqreqat  qiymətlər  indeksi  düsturundan  istifadə  edi-lir. 

Lakin təcrübədə bu indeks düsturundan istifadə olunması bir sıra çətinliklərlə rastlaşır. Belə ki, pərakəndə 

əmtəə dövriyyəsi-nin  bir  hissəsi dövlət və kooperativ ticarətində  baş  verir. Ticarə-tin  bu  sahələrində  ilk 

uçot kəmiyyət prinsipi üzrə  deyil, dəyər prinsipi  əsasında qurulmuşdur. Müxtəlif ticarət təşkilatları  mü-

əyyən  əmtəə  qrupları  üzrə  dövriyyəni  ancaq  dəyər  formasında  verırlər.  Belə  halda  qiymətlərin 

dəyişilməsi cari çəkilərlə har-monik qiymətlər indeksi vasitəsilə öyrənilə bilər: 

 

 

                                                ∑ p

q



 

                 

                 

 İ



p

 ═  ────── ; 



                                                      

                                                      ∑ ──



 

p



q

1

 



                                                  

             



i

p

 

     


 

     Harmonik qiymət indeksi aqreqat qiymət indeksinin fərdi indeks əsasında çevrilmiş forması olub, eyni 

iqtisadi  məzmuna  malikdir.  Satılmış  əmtəələrin  miqdarı  haqda  məlumat  olmadıq-da  bu  indeks 

düsturundan  istifadə  etmək  daha  əlverişlidir,  çün-ki,  ticarət  təşkilatları  əmtəə  dövriyyəsi  haqqında 

müntəzəm ola-raq aylıq, rüblük və  illik məlumat təqdim edir, eyni zamanda ayrı-ayrı əmtəə növləri üzrə 

qiymətlər haqqında statistika or-qanlarında məlumat mövcud olur. Cari dövrdə əmtəə dövriyyə-sini fərdi 

qiymət  indeksinə  böldükdə  əsas  dövrün  qiymətlərilə  cari  dövrdə  əmtəə  dövriyyəsi  alınır  ki,  bu  da 

qiymətlərin dəyi-şilməsini xarakterizə etməyə imkan verir. 

     Əhalinin  maddi  rifahının  yaxşılaşdırılmasını  xarakterizə  edən  mühüm  göstərici-  zəhmətkeşlərin  real 

əmək  haqqıdır.  Re-al  əmək  haqqının  dinamikasını  müəyyən  etmək  üçün  qiymətlər  indeksindən  istifadə 

edilir.  Lakin  bu  halda  təkcə  ümumi  pəra-kəndə  qiymətlər  indeksindən  istifadə  etmək  kifayət  deyildir, 

büdcə  tədqiqatı  məlumatı  əsasında  əhalinin  ayrı-ayrı  qrupları-nın  istehsalının  əmtəə  quruluşunu  nəzərə 

alan qiymətlər  indek-sini  hesablamaq tələb olunur. Bu indeksin  hesablanmasını tək-milləşdirərkən onun 

əhalinin ayrı-ayrı sosial qrupları üzrə nə-zərə alınmasını diqqətdən qaçırmaq olmaz.  

    Keyfiyyət  indeksləri  sistemində  istehsal  xərclərinin  dəyişil-məsini  xarakterizə  edən  məhsulun  maya 

dəyəri  indeksi  mühüm  yer  tutur.  Məhsulun  maya  dəyəri  indeksləri  müəssisələrin  təsər-rüfat 

fəaliyyətlərinin  nəticələrinin  xarakterizə  olunmasında  mü-hüm  əhəmiyyət  kəsb  edirlər.  İstehsala  çəkilən 

xərclərin dəyişil-məsi  müəssisələrin  mənfəətinin, əmtəələrin topdansatış qiymət-lərinin dəyişilməsinə  və 

nəticədə  əhalinin  maddi  rifahının  də-yişilməsinə  təsir  edən  mühüm  amillərdən  biridir.  Məhsulun  maya 

dəyəri  indekslərinin  iqtisadi  mənası  ondan  ibarətdir  ki,  onlar  məhsul  istehsalına  çəkilən  həqiqi  xərcləri 

normal  xərc-lərlə  müqayisə  etmək  yolu  ilə  müəssisələrin  təsərrüfat  fəaliyyə-tinin  nəticələrini  ifadə 

etməyə imkan verirlər. Müasir şəraitdə müəssisələrdə aparılan daxili uçot hər bir məhsul vahidinin ma-ya 

dəyərini  müəyyən etməyə,  maya dəyərinin səviyyəsini  və  dinamikasını  statistik öyrənməyə  imkan verir. 

Məhsulun  maya  dəyəri  indeksləri  qiymətlər  indeksinin  qurulma  prinsipinə  uy-ğun  həyata  keçirilir. 

Məhsulun maya dəyərinin aqreqat indeksi-nin düsturu aşağıdakı kimi yazılır:  

 

                                                   ∑ z

q



 

                                        İ



z

 ═  ────── ; 



                                                    ∑ z

q



1

 

 



 

Burada    z



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin