Mövzunun aktuallığı



Yüklə 45,23 Kb.
səhifə10/15
tarix11.05.2022
ölçüsü45,23 Kb.
#57499
1   ...   7   8   9   10   11   12   13   14   15
İmarət Diplom işi-converted

İngilis əməlidir, yığcam, qutu kimi bir maşındı, saatda iki yüz mil sürəti var. Düz dörd min sayıb onunçün. İndi əclafın pulu yaman çoxdur. Yoxsa, əvvəlki kimi?

Əsərdən verilmiş hissənin tərcüməsi zamanı tərcüməçinin ekvivalent tərcümə nıvündən istifadə etdiyini görürük. Belə ki, “dough” sözü hərfi olaraq Azərbaycan dilinə “xəmir” olaraq tərcümə olunsa da frazeoloji birləşmə olaraq nəzərdən keçirdikdə bütöv ifadə olaraq “çoxlu pula sahib olmaq anlamını ifadə etdiyinin şahidi oluruq. Tərcüməçi burada ifadənin məmasını düzgün anlamaqla bərabər bədiiliyi qoruyayaraq və əsərin dilinə xələl gətirmədən düzgün tərcümə variantını vermişdir.



I like to be somewhere at least where you can see a few girls around once in a while, even if they're only scratching their arms or blowing their noses or even just giggling or something.

Mən harada oluramsa olum, qızlarla bir yerdə olmağı xoşlayıram. Lap elə ağızlarına su alıb əlləri qoyunlarında lal-dinməz otursalar da, yaxud dişlərini ağarda-ağarda şit-şit hırıldasalar da, dəxli yoxdur. Təki yanımda qız xeylağı olsun.

Bu hissədə isə hərfi və analoq tərcümə növündən istifadə olunaraq frazeoloji birləşmənin dilimizdə düzgün ifadə edilmişdir.



I sat next to her once in the bus from Agerstown and we sort of struck up a conversation. I liked her. What I liked about her, she didn't give you a lot of horse manure about what a great guy her father was. She probably knew what a phony slob he was.

Bir dəfə avtobusda onunla yol yoldaşı olmuşam. Egerstaundan gəlirdik, yanaşı oturmuşduq. Xeyli söhbət elədik. Xoşuma gəldi. Bir yaxşı cəhəti var idi ki, yol boyu söhbət zamanı atasının gözəl məziyyətlərini gözümə soxmağa çalışmırdı. Yəqin, o zırramanın hansı yuvanın quşu olduğunu özü də çox yaxşı bilir.

Bədii əsərlərin tərcüməsi zamanı rast gəlinən və orijinal dildə istifadəsi əsərə əlvanlıq qatan, eləcə də oxucunun əsəri daha yaxşı anlamasına kömək edən slənqlər elə bu hissədə də istifadə olunmuşdur. Slənqlərin (slang) tərcümi isə adətən bədii əsərlərin tərcüməsi zamanı çətinlik yaradan məsələlərdən biridir. Ona görə ki, slənqlərin ekvivalentini tapdıqdan sonra onun bədii dilə nə qədər uyğun gəldiyinə də fikir vermək önəmlidir ki, tərcüməçi buna öz tərcüməsində nail ola bilmişdir.



I forgot to tell you about that. They kicked me out. I wasn't supposed to come back after Christmas vacation on account of I was flunking four subjects and not applying myself and all.

Hə, yadımdan çıxdı sizə deyim axı məni bu andıra qalmış məktəbdən qovublar. Qış tətilindən sonra onsuz da bura qayıtmağımın mənası yox idi, çünki dörd fəndən kəsirim vardı, açığı heç özüm də baş qoşmurdum.

They gave me frequent warning to start applying myself - especially around midterms, when my parents came up for a conference with old Thurmer - but I didn't do it. So I got the ax. They give guys the ax quite frequently at Pencey. It has a very good academic rating, Pencey. It really does.

Rübün ortalarında valideynlərimi də qoca Termerin yanına çağırdılar, yenə mənə təsir eləmədi. Ona görə də dalımdan dəydilər. Ümumiyyətlə, Pensidə yaman çox uşaq qovulur. Çünki burada akademik mənimsəmə faizi çox yüksəkdir, ciddi deyirəm, çox yüksəkdir.

Yuxarıda biz əsərdən verilmiş iki hissənin də tərcüməsini görürük. Burada məktəbdən qovulmaq ifadəsinin iki frazeoloji ifadə növü ilə qarşılaşırıq. Və eyni ifadənin də tərcüməsinin iki müxtəlif üsulla verildiyi müqaisəli qarşılaşdırma zamanı diqqətdən yayınmır. Tərcümə zamanı təkrara yol verməmək və oxunaqlılığı artırmaq üçün ən az yazıçı qədər tərcüməçi də yazarlıq qabiliyyətinə vaqif olmalıdır.



Anyway, it was December and all, and it was cold as a witch's teat, especially on top of that stupid hill. I only had on my reversible and no gloves or anything.

Dekabr ayıydı, soyuq adamın iliyinə işləyirdi, illah da bu lənətə gəlmiş təpənin başında. Əynimdə tək bir gödəkcə vardı, əlcək-zad da götürməmişdim.

Verilmiş hissədəki frazeoloji birləşmədə heç bir hərfi və ya kalka tərcümə növünə rast gəlinmir. Burada analoq tərcümə üsulu verilmiş dildə ekvivalenti kontekstə uyğun tapılmışdır. Bəzən bir frazanın birdən çox mənası olduqda tərcüməçidən mətnin məzmununa bələd olmaq tələb olunur.



I ran all the way to the main gate, and then I waited a second till I got my breath.


Yüklə 45,23 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin