Cerom Devid Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” əsərinin analizi
İlk öncə onu qeyd etmək lazımdır ki, Çovdarlıqda uçurumdan qoruyan əsəri Cerom Devid Selincerin əsərləri arasında xüsusilə seçilən və ədəbiyyatda özünəməxsus yer tutmuş romanlardan biridir. Əsərdə XX əsrin Amerikası, həmin dövrün gerçəkləri, sadə kütlənin həyat tərzini əks olunub. Əsərin canlı danışıq dilində yazılması, çoxsaylı vulqarizmlərdən istifadə edilməsi romanın rahat anlaşılan olmasına və oxucular arasında böyük populyarlıq qazanmasına səbəb olmuşdur. Əsər 16 yaşlı Holdenin dilindən təsviri olunur. Burada əsasən ikiüzlülüyün, riyakarlığın, cəmiyyətin lazımsız stereotiplərinin kəskin tənqidi nəzərə çarpır. Gənc bir yeniyetmə tərəfindən dünyada baş verən proseslərə, Amerika reallıqlarına münasibət və həmin dövrün əhatəli təsviri mövzunun əsas obyektlərindən biridir.
Cerom Devid Selincerin Çovdarlıqda uçurumdan qoruyan əsəri XX əsr amerikasını bir gəncin gözündən təsvir edir. Əsər 16 yaşlı yeniyetmə Holdonun dilindən danışılır. Belə ki, əsər ilk öncə Holdonun özü və ailəsinin ümumi təsviri ilə başlayır. Əsərin dili gündəlik danışıq dilindən demək olar ki heç fərqlənmədiyinə görə istər original dildə, istərsə də tərcümə olunmuş dillərdə asan başa düşülür. Fərqli dil ailələrinə mənsub olan Azərbaycan və ingilis dillərində hər hansı bir mətnin frazeologiyasının tərcüməsi zamanı, nəzərə transformasiyanın müxtəlif növləri çarpır. Dillər arasındakı struktur fərqi bunu labüd edir. “Çovdarlıqda uçurumdan qoruyan” əsəri ingilis dilindən dilimizə Tehran Vəliyev tərəfindən tərcümə edilmişdir. Əsərin tərcüməsində mütərcim əsasən transformasiyanın müxtəlif növlərindən istifadə etmişdir. Əsərin ingilis dilindən Azərbaycan dilinə transformasiyanın qeyd edilən növlərindən istifadə edilməklə mütərcim tərəfindən tərcümə edilmiş hissələrinə nəzər yetirək:
One of those little English jobs that can do around two hundred miles an hour. It cost him damn near four thousand bucks. He's got a lot of dough, now. He didn't use to.
Dostları ilə paylaş: |