Mövzunun aktuallığı



Yüklə 45,23 Kb.
səhifə5/15
tarix11.05.2022
ölçüsü45,23 Kb.
#57499
1   2   3   4   5   6   7   8   9   ...   15
İmarət Diplom işi-converted

Tədqiqatın praktik əhəmiyyəti. Diplom işinin praktik əhəmiyyəti əsərin originaldan edilmiş tərcüməsi əsasında transformasiya növlərinin təhlili və tərcüməçilik fəaliyyəti ilə məşğul olan şəxslərin bundan istifadə edə

bilmələridir. Transformasiya növləri haqqında biliyə malik olmaq istəyən tələbələr aparılan bu araşdırmadan yararlana bilərlər.



Tədqiqat işinin nəzəri metodoloji bazası. Diplom işinin mövzusu əsas etibarilə “Çovdarlıqda uçurumdan qoruyan” əsərindəki frazeoloji birləşmələr və tərcümə nəzəriyyəsi ilə əlaqədar olduğundan, qarşıya çıxan bəzi çətinliklərin həllində Avropa, Amerika və Azərbaycan tərcüməşünaslığında olan nəzəriyyələrdən, görkəmli tərcüməçi alimlərin fikir və konsepsiyalarından istifadə edilmiş, frazeoloji nümunələrin mənalarını, transformasiya prosesini və növlərini araşdırarkən dünyanın müxtəlif tərcümə məktəblərindəki təcrübələrə nəzər yetirilərək bədii tərcümə sahəsində məşhur tərcümə nəzəriyyəçilərinin fikir və mülahizələrinə baxılmışdır.

İşin strukturu. C.Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” əsərindəki frazeoloji birləşmələrin Azərbaycan dilinə transformasiyası üzrə diplom işi girişdən, iki fəsildən, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. Girişdə mövzu haqqında ümumi məlumat verilmişdir. Birinci fəsildə frazeoloji birləşmələrdən, onların tərcüməsi yollarından bəhs edilmişdir. İkinci fəsildə yazıçı haqqında məlumat verilmiş, frazeoloji birləşmələrin hər iki dildə istifadəsinə baxılmış və təhlil edilmiş, transformasiya növləri qeyd edilmişdir.

1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin