Mövzunun aktuallığı



Yüklə 45,23 Kb.
səhifə3/15
tarix11.05.2022
ölçüsü45,23 Kb.
#57499
1   2   3   4   5   6   7   8   9   ...   15
İmarət Diplom işi-converted

Tədqiqatın obyekti. Tədqiqatın obyektini Cerom Devid Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” əsərini təşkil edir.

Tədqiqatın predmeti. Tədqiqatın predmeti tədqiqat obyekti ilə sıx əlaqəlidir və C.Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanınındakı frazeoloji birləşmələrin Azərbaycan dilinə transformasiyasının təhlil edilərək aşkara çıxarılması əsasında müəyyənləşdirilir.

Tədqiqatın məqsəd vəzifələri. Tədqiqatın əsas məqsədi Cerom Devid Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” (“The Catcher in The Rye”) romanında bədii dilə rəngarənglik qatan frazeoloji birləşmələrin Azərbaycan dilinə tərcüməsində istifadə olunmuş transformasiya növlərinin araşdırılması və nəticədə frazeoloji birləşmələrin transformasiyanın hansı üsullarından istifadə etməklə həyata keçirildiyini aşkar etməkdir. Tədqiqatın əsas vəzifələrinə isə aşağıdakılar daxildir:

  • İngilis dilinin frazeologiyası haqqında ümumi məlumat;




  • Frazeoloji birləşmələrin məxəz dildən hədəf dilə tərcüməsi və bu zaman istidafə olunan üsul və vasitələr;

  • Əsərin müəllifi C.D. Selincerin həyat və yaradıcılığı haqqında məlumat;




  • Məxəz dildəki orijinal mətnlə hədəf dilə tərcümə olunmuş mətnin frazeoloji birləşmələr kontekstində müqaisəli şəkildə təhlili

Eyni zamanda, tərcümə nəzəriyyəsində frazeologiya, onun növləri və onların tərcümə üsulları haqqında yazılanları müqayisə edərək tərcümə materialında necə əksini tapdığını ayırd edilir. Frazeoloji birləşmələrin transformasiyasını bədii dilə uyğun şəkildə aparılmasını və düzgün tərcümə

üsullarının seçilməsini bədii əsər daxilində təhlil etdiyimizdən diplom işində bədii tərcümə məsələləri də əhəmiyyətlidir. Bədii tərcümənin informativ tərcümədən fərqini, özünəməxsus xüsusiyyətlərinin, obrazlılığının və ekspressivliyinin aparıcı amil olduğunu qeyd etmək vacibdir. Tədqiqatın məqsəd və vəzifələri bilavasitə diplom işinin aktuallığı ilə səciyyələnir. Qeyd olunan mövzunun başlıca problemi olan transformasiya növlərinin hər biri haqqında məlumat verilmiş, nümunələrlə izah edilmişdir. Tərcüməçi Tehran Vəliyev əsəri originaldan (ingilis dilindən) Azərbaycan dilinə tərcümə etmişdir. Bildiyimiz kimi, bəzən mütərcimlər əsəri originaldan yox, ikinci bir dildən (rus dilindən, ispan dilindən, türk dilindən) Azərbaycan dilinə tərcümə edirlər. Bu isə həm original mətnin ruhuna, həm də əsərin məzmununa xələl yetirir. Belə olduqda, həmin əsərlər üzərində tədqiqat işi aparmaq da çətinləşir. Lakin mütərcimin romanı məhz originaldan tərcümə etdiyini nəzərə alsaq, frazeoloji birləşmələrin tərcüməsi zamanı yararlandığı transformasiya növlərini söyləmək çətinlik yaratmır. Originaldan dilimizə edilən tərcümələr həmçinin, ədəbiyyatımızın zənginləşməsinə, tərcümə işinin inkişafına səbəb olur.




Yüklə 45,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin