Elmi kadrların tərkibi aşağıdakı kimi xarakterizə edilir:
Əhatə dairəsi
|
Sayı
|
Elm və elmi xidmət sahəsinin işçiləri
|
Elmi işçilər
|
Elmi-tədqiqat və işləmələr yerinə yetirən mütə- xəssislər
|
1. Elmi təşkilatlar (müəssisələr):
Elmi-tədqiqat və işləmələr yerinə yetirən
Elmi-tədqiqat və işləmələr yerinə yetirməyən
|
+
+
|
+
+
|
+
-
|
2. Müstəqil balansda olan konstruktor təşkilatları
|
+
|
+
|
+
|
3. Ali təhsil müəssisələri
professor-müəllim heyəti
elmi-tədqiqat bölmələri
|
-
-
|
+
+
|
M
+
|
4. Sənaye müəssisələri
|
-
|
+/-
|
+
|
5. Elmi-tədqiqatı yerinə yetirən sair təşkilatlar:
“elm və elmi xidmət” sahələri
digər sahələr
|
+
-
|
D
D
|
+
+
|
6. Elmi-tədqiqatı yerinə yetirməyən təşkilatlar:
“elm və elmi xidmət” sahələri (hidrometereoloji
xidmət, geoloji kəşfiyyat və s.)
sair (idarə, nazirliklərin və kənd təsərrüfatı
müəssisələrinin aparatı),
|
+
-
|
D
D
|
-
-
|
Şərti işarələr: + tam əhatə; - nəzərə alınmırlar; natamam əhatə; D – elmlər doktorları və elmlər namizədlərinin uçotu; M – ali təhsil müəssisələrinin elmi-tədqiqat bölmələrinin ştatında mövcud olmayan, lakin elmi tədqiqat və işləmələri kafedralarda, yaxud müqavilə əsasında yerinə yetirən işçilərin uçotu.
Yerinə yetirilən faktiki işlərin xarakterinə və işçilərin ixtisas səviyyəsinə görə elmi-tədqiqat və işləmələrdə çalışanlar aşağıdakı kateqoriyalara bölünür:
-
tədqiqatçılar - elmi tədqiqat və işləmələrdə mütəxəssis kimi çalışan, birbaşa yeni bilik, məhsul, metod və sistem, texnologiyaların yaradıcıları, həmçinin bu fəaliyyət növünün idarə edilməsi ilə məşğul olanlar. Tədqiqatçılar, adətən ali təhsilli olurlar. Bu kateqoriyaya tədqiqat prosesinə rəhbərlik edənlər (elmi-tədqiqat və işləmələr yerinə yetirən elmi müəssisə, şöbə rəhbəri) də daxil edilir;
-
texniklər – elmi tədqiqat və işləmələrdə iştirak edən və bir qayda olaraq tədqiqatçıların rəhbərliyi altında texniki funksiyalar (elmi cihazlara, laboratoriya avadanlığına, hesablama texnikasına xidmət edən və onları istismar edən, çertyojlar, materiallar hazırlayan, eksperiment, sınaq və təhlil aparanlar) yerinə yetirən işçilər;
-
köməkçi heyət – elmi-tədqiqat və işləmələr yerinə yetirərkən köməkçi funksiyalar yerinə yetirən işçilər (plan-iqtisadiyyat, maliyyə şöbələrinin, patent xidmətinin, elmi-texniki informasiya şöbəsinin, elmi-texniki kitabxananın əməkdaşları, elmi avadanlığın və cihazların quraşdırılması, ona xidmət göstərən, təmir edən işçilər, sınaq (eksperimental) işçiləri, ali və orta ixtisas təhsili olmayan laborantlar);
-
sair işçilər – elmi təşkilatın təsərrüfat və ümumi xarakterli işlərini yerinə yetirənlər (mühasibat işçiləri, kadr xidməti, dəftərxana, makinaçı, maddi-texniki təminat şöbəsi).
Göstərilmiş kateqoriyalar və ixtisas üzrə elmi-tədqiqat və işləmələrlə məşğul olan işçilər Beynəlxalq Peşə Standartı təsnifatının (İnternational Standard Classification of Occupation-İSCO), Beynəlxalq təhsil standartı təsnifatının (İnternational Standard Classification of education-İSCED) tələbinə uyğun qruplaşdırılmalıdır. Aşağıdakı cədvəldə tədqiqat və işləmələr yerinə yetirənlərin ixtisas səviyyəsi və peşəyə görə qruplaşdırılması verilmişdir.
Dostları ilə paylaş: |