Mühazirə: 0 saat Məşğələ: 30 saat Kredit sayı: m ü n d ə r I c a t


Sənədlərin rekvizitləri və formulyarları



Yüklə 454,79 Kb.
Pdf görüntüsü
səhifə14/35
tarix14.12.2023
ölçüsü454,79 Kb.
#176713
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   35
634821372-Untitled

Sənədlərin rekvizitləri və formulyarları 
Sənədlərin hazırlanmasında və tərtib olunmasında müəyyən tələblər irəli sürülür. Bunlar 
sənədlərin qanuni formada olmasından irəli gəlir. Sənədlər ayrı-ayrı elementlərdən təşkil 
olunmuşdur ki, buna 
sənədin rekvizitləri
deyilir. Sənəd xüsusi ünsürlərdən ibarət olaraq 
rekvizitlərlə (latın sözü olub 
rekvizitınn - 
tələb olunan, lazımlı deməkdir) formalaşır. Rekvizitlər 
sənədin formasını müəyyənləşdirir. Deməli, sənəd elə tərtib olunmalıdır ki, özünün təyinatına 
cavab versin. Sənədin hüquqi cəhətdən tam və keyfiyyətli hazırlanması konkret fakt və 
hadisələrin təsdiq olunmasını artırır. 
Bütün rekvizitlər məcburi və qeyri-məcburi qruplara bölünürlər. Amma elə hallar da ola bilər 
ki, eyni rekvizit bir sənəddə məcburi olduğu halda, başqa bir sənəddə qeyri-məcburi olsun. 
Rekvizitlər daimi və dəyişən olurlar. 
Daimi rekvizitlər 
elə rekvizitlərdir ki, sənədlər hazırlanarkən onların üzərində vahid formada 
olur və ya blankda daimi göstərilir. 
Dəyişən rekvizitlər 
elə rekvizitlərdir ki, bunlar sənəd tərtib edilərkən onların üzərində yazılır. 
Sənədlər ağ vərəqdə və ya blanklarda tərtib edilə bilərlər 
blank - 
fransız sözü olub, ağ deməkdir. 
Blank üzərində təşkilatın adı, ünvanı və telefon nömrəsi göstərilmiş sənədin mətni üçün boş yer 
qoyulmuş ağ kağız vərəqidir 
Rekvizitləri tərtib edərkən iki cür blankdan istifadə olunur: 


19 
1. Ümumi blankdan ( əmrlərin, protokolların, aktların və b.) 
2. Məktub üçün blankdan 
Dövlət orqanlarında sənədlər tərtib edilərkən 31 rekvizitdən istifadə olunur. İndiki şəraitə 
uygun olaraq bəzi tekvizitlər az istifadə olunur və ya heç istifadə olunmur. Sənədin rekvizitlərinə 
aşağıdakılar daxildir: 
1.
dövlət gerbi; 
2.
idarənin, təşkilatın və ya müəssisənin emblcması; 
3.
mükafatların təsviri; 
4.
müəssisənin və təşkilatın kodu; 
5.
sənəd formalarının kodu; 
6.
nazirliyin adı; 
7.
idarə, müəssisə və təşkilatın adı; 
8.
quruluş bölmələrinin adı; 
9.
müəssisənin əlaqələr indeksi, poçt və teleqraf ünvanı, faks nömrəsi, telefon nömrəsi, 
bankda hesabın nömrəsi; 
10.
sənəd növünün adı; 
11.
tarix; 
12.
indeks; 
13.
daxil olan sənədlərin tarix və indeksinə istinad; 
14.
hazırlanma yeri; 
15.
sənədin məhdudluq qayəsi (qrifi); 
16.
ünvan sahibi; 
17.
təsdiq etmə qayəsi (qrifi); 
18.
dərkənar; 
19.
mətnə başlıq; 
20.
nəzarət haqqında qeyd; 
21.
mətn; 
22.
əlavələrin sayı haqqında qeyd; 
23.
imza; 
24.
razılaşdırma qayəsi (qrifi); 


20 
25.
vizalar; 
26.
möhür; 
27.
surətin təsdiqi haqqında qeyd; 
28.
icraçının soyadı və onun telefon nömrəsi
29.
sənədin icrası haqqında qeyd və onun işə tikilmək üçün göndərilməsi; 
30.
texniki vasitələrlə alınan məlumatlar haqqında qeyd; 
31.
daxil olma haqqında qeyd. 
Sənədlər üzərində müəyyən olunmuş qaydada və ardıcıllıqla rekvizitlərin yerləşməsinə 

Yüklə 454,79 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin