- sənədlərin qəbulu, qeydə alınması və uçotunu;
- sənədləri bölüşdürmək və icraçılara çatdırmağı;
- göndərilən sənədləri rəsmiləşdirmək və yola salmağı;
- kompüterdə və texniki vasitələrlə sənədlərin sayını çoxaltmaq;
- sənədlərin icrasına nəzarət etmək;
- sənədlərin vaxtında icraçılardan qaytarılmasını tələb etmək;
- sənədləri cilidlərə tikmək və formalaşdırmaq;
- işləri hazırlamaq və arxivə təhvil vermək;
- arxiv sənədlərindən istifadə etməyi təşkil etmək;
- bütün bölmələrdə kargüzarlığın təşkilinə müntəzəm metodiki rəhbərlik etmək və
təkmilləşdirmək;
- kargüzarlıqla məşğul olan əməkdaşların ixtisasartırma kurslarını təşkil etmək;
- tabelikdə olan bölmələrdə kargüzarlığın vəziyyətinə nəzarət və əməli kömək etmək.
Katiblik bütün daxil olan məktub və yazıları yoxlayır, onları rəhbərliyə çatdırır, əmrlərin və
məktubların layihələrini hazırlayır; kollegiya planlarının layihələrini hazırlayır və quruluş
bölmələrinə göndərir, kollegiyanın vaxtını bildirir; müşavirələrin protokolunu tərtib edir və
göndərir, kollegiyanın qərarlarının yerinə yetirilməsinə nəzarət edir.
Dəftərxanada aşağıdakı bölmələr fəaliyyət göstərir:
- kargüzarlığı səmərəliləşdirən bölmə - kargüzarlıq xidmətinin təkmilləşdirilməsi üçün
tədbirlər hazırlayır və onları həyata keçirir; kargüzarların ixtisaslarını artırmaq üçün tədbirlər
görür və xüsusi ixtisasartırma kursları təşkil edir; kargüzarlıq haqqında təlimat işləyib hazırlayır;
müəssisədə işlərin nomenklaturasını hazırlayır və təsdiqə göndərir;