Mühazirə: 0 saat Məşğələ: 30 saat Kredit sayı: m ü n d ə r I c a t


Azərbaycan Respublikası Təhsil Nazirliyinə (və ya nazir



Yüklə 454,79 Kb.
Pdf görüntüsü
səhifə20/35
tarix14.12.2023
ölçüsü454,79 Kb.
#176713
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   35
634821372-Untitled

Azərbaycan Respublikası Təhsil Nazirliyinə (və ya nazir 
M.Mərdanov cənaba)
2.
İdarənin və onun quruluş bölməsinin adı, sənəd vəzifəli şəxsə göndərildikdə idarənin adı, 
ünvan sahibinin vəzifəsi və soyadı yazılır. 
3.
Əgər sənəd xüsusi şəxsə göndərilirsə, əvvəlcə ünvan sahibinin poçt ünvanı bütünlüklə, 
sonra soyadı yazılmalıdır. 
Bakı ş., Babək küç., ev 14, mənzil 01 cənab (sakini) Ə.Ə.Məmnıədova
4.
Sənəd dörddən artıq ünvanı əhatə etməməlidir. Sənəd dörddən artıq ünvana göndərildikdə 
isə hər nüsxədə ancaq biri (göndərilən ünvan) yazılmalıdır. Sənəd iki-dörd ünvana göndərilərkən 
ünvan sahiblərindən əvvəl "surəti" sözü yazılmır. 
Sorğuya cavab verilərkən cavab məktubunun əvvəlində hansı sorğuya cavab verilməsi, 
sorğunun tarixi və nömrəsi göstərilməlidir. 
Göstərilən sənədə digər sənədlər, kağızlar əlavə edildikdə göndərmə məktubunda "qoşma" 
sözündən sonra əlavə edilmiş sənədlərin adı, sayı, həmçinin daxil olma və gödərilmə nömrələri 
göstərilməlidir. Qoşma qeydiyyatı mətnin altında üç intervalla yazılır və əlavə olunan sənəd 
göstərilir. 
Sənədlər hazırlandıqda onun imza edilməli yerinin yanında imza edən şəxsin adı və soyadı 
aydın olaraq yazı maşınında və ya əl ilə yazılır. Vərəqənin o biri tərəfinin aşağı hissəsində sənədin 
icrası tarixi və imza qoyulur. Göndərilən hər bir sənədin surəti olmalıdır. Sənəd imza edildikdən 
sonra surəti işə tikilir. Xidməti sənədlər bir qayda olaraq vəzifəli şəxs tərəfindən imzalanır. İdarə, 
müəssisə və təşkilatlarda müvəqqəti olaraq vəzifəli şəxs olmadıqda arayış - məlumat və xidməti 
yazışmalara vəzifəli şəxsi əvəz etmək hüququ verilmiş şəxs tərəfindən imza edilir. Sənədin bütün 
göndərilən nüsxələrinə imza edilməlidir. Xidməti sənədlər aydın, ixtisar olunmadan və əlavə 
cızmalarsız imza edilməlidir. Sənədlərin göndərilmə tarixi, lazım olduqda "şəxsən" və ya "təcili" 
sözləri sənədi imza edən şəxs tərəfindən yazılır, sənədin göndərildiyi ayın adı hərflə, il və gün 
isə say rəqəmilə göstərilməklə yazılır. 
Sənədin birinci nüsxəsində imza edilərkən düzəliş aparılsa, icraçı təcili olaraq digər nüsxələrdə 


27 
də eyni düzəliş aparır. İmza edilmiş sənədlərdə bu və ya digər düzəliş aparılması qadağandır. 
Gerbli möhür ilə təsdiq edilmiş sənəddə silmə'və ya digər formada düzəliş aparmağa icazə 
verilmir. 
Sənədlərin hazırlanması və rəsmi şəklə salınması üçün iki formatlı blankdan "A4" 
(210x297mm) və "A5" (210x148mm) formatlarından istifadə edilir. Sənəd dövriyyəsi çox olan 
idarələrdə ayrı-ayrı sənəd növləri üçün blanklar tərtib edilir, bunların üzərində mətbəə üsulu ilə 
sənəd növünün adı yazılır, məsələn, qorar, qətnamə, əmr və i.a. Blanklarda hər biri üçün 
rekvizitlərin iki variantda yerləşdirilməsinə yol verilir: küncdə və uzununa. 

Yüklə 454,79 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin