Mühazirə: 0 saat Məşğələ: 30 saat Kredit sayı: m ü n d ə r I c a t


Maliyyə - Hesabat Sənədlərin hazırlanması və onların



Yüklə 454,79 Kb.
Pdf görüntüsü
səhifə26/35
tarix14.12.2023
ölçüsü454,79 Kb.
#176713
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   35
634821372-Untitled

Maliyyə - Hesabat Sənədlərin hazırlanması və onların 
tərtibində tələblər. 
Müəssisələrin maliyyə, bank və vergi sənədləri onların fəaliyyətini əks etdirir. Bu sənədlər 
üzərində aparılmış bütün əməliyyatlar qeyd olunur. Ona görə də bunların tərtib olunmasında 
maksimum diqqətli olmaq tələb etilir. Maliyyə, bank və vergi sənədlərinin hazırlanmasında və 
tərtibində aşağıdakı məsələlər nəzərə alınmalıdır: 
1. Sənədlər normativ hüquqi aktlara əsaslanaraq hazırlanmalı; 
2. Sənədlər vahid formada tərtib olunaraq, bütün rekvizitlər konkret və aydın doldurulmalıdır. 
İdarəetmə prosesinin maliyyə və vergi işlərinin çevikliyini təmin etmək məqsədi ilə birgə 
hüquqi sənədlər hazırlanılır. Maliyyə - hesabat əməliyyatları üzrə sənədləş-mənin aparılması 
maliyyə - hesabat işlərinin sübutudur. Bütün maliyyə - hesabat əməliyyatları sənədlər əsasında 
aparılır və uyğun sənədlərlə rəsmiləşdirilir. Bu sənədlər üzərində ilk nəzarət onu imzalayan 
rəhbərin üzərinə düşür. Sonrakı nəzarət işlərini maliyyə və mühasibatlıq şöbələri yerinə yetirirlər. 
Sənədlərin tərtibinə cavabdehliyi onu imzalayanlar daşıyır. 
Vahid formalı sənədlərin tətbiq edilməsi sənədlərin tərtibini sadələşdirir, sənədlərin 
rəsmiləşdirilməsi mədəniyyətini artırır, nəzarəti gücləndirir və sənədlərin saxlanmasını 
tənzimləyir. Maliyyə - hesabat, bank və vergi əməliyyatları üzrə sənədlərin məzmunlarının 
müxtəlif olmasına baxmayaraq, onların hamısında bu və ya digər formada aşağıdakı rekvizitlər 
olmalıdır: sənəd növünün adı, sənədin nömrəsi, yazıldığı il, ay və gün, müəssisənin adı, ünvanı, 
Bu sistem üzrə sənədlərlə işi tənzimləməkdən ötrü 
əsasnamələr və təlimatlar işlənilmişdir. Ən mühümü isə iş 
prosesi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə 
"Mühasibat uçotu haqqında", "Banklar və bank fəaliyyəti 
haqqında" qanunlarla və digər sənədlərlə tənzimlənir. 
Əksər maliyyə - hesabat əməliyyatlan üzrə sənədləşmələr 
standart və birtipli blanklarda tərtib edilir. Bu blanklar 
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. 
Maliyyə Nazirliyi və Milli Bank tərəfindən hazırlanılır və 
Vergilər Nazirliyi ilə razılaşdırılır. İdarə və müəssisələrin 
onların əsasında işləməsi qarşıya qoyulur. 
Müəssisələrdə maliyyə, bank və vergi sənədlərinin 
hazırlanması və tərtibi iki qrupa bölünür: 
1.
Nazirliklər tərəfindən hazırlanmış, bütün müəssisələr 
üçün məqbul sayılan birtipli və ya vahid formalı sənədlər; 
2.
Hər bir müəssisənin daxili xüsusiyyətini əks etdirən 
fərdi sənədlər, o sənədlər ki, burada da qanunçuluğun 
tələbləri gözlənilməlidir. 


40 
hesabın nömrəsi və müəssisənin daxil olduğu bankın adı, əməliyyatların aparılmasının məzmunu 
və əsası, əməliyyatların kəmiyyət və miqdar üzrə qiymətləndirilməsinin əks olunması, ödəmə 
məbləği, əməliyyatın aparılmasına, sənədlərin rəsmiləşdirilməsinə cavabdeh olan şəxsin imzası 
və möhür Sənədlər dəqiq, düzgün, heç bir pozuntuya yol verilmədən tərtib olunmalıdır. Əsasən 
pul sənədləri-çek. mədaxil və məxaric kassa orderləri, ödəmə tapşırığı, vergi hesab-fakturası və 
digər bank sənədləri ciddi qaydada doldurulmalıdır. Bəzi sənədlərin doldurulması üçün xüsusi 
qaydalar hazırlanmışdır. Burada mühasibat sənədlərini tərtib etmək üçün sənəd və sənəd 
dövriyyəsi haqqında əsasnamədən istifadə edilməlidir. O cümlədən Maliyyə Nazirliyi tərəfindən 
təsdiq edilmiş "Vergi hesab-fakturasının tətbiq qaydalarına" əməl edilməlidir. 
İndi əksər maliyyə bank sənədləri ciddi uçot sənədi hesab olunur. Onlar xüsusi qeydiyyatdan 
keçirilir və seriya, nömrələrlə verilir. Bu Nonodlərin hazırlanması üçün ayrıca xüsusi lisenziya 
tələb olunur. 
Bu qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və Nazirlər Kabinetinin qərarı ilə 
təsdiq edilmiş "Maliyyə hesabatı kimi istifadə olunan biletlərin, qəbzlərin, talonların, 
putyovkaların və onlara bərabər tutulan digər sənədlərin hazırlanmasına xüsusi razılıq verilməsi 
qaydasına" uyğun olaraq hazırlanmalıdır. 
Sənədlərin üzərində düzəlişlərin aparılması məqsədə uyğun deyildir. Kassa və bank 
sənədlərində ümumilikdə düzəlişlərə yol verilmir. Səhv doldurulmuş sənədlər ləğv edilir, uçota 
alınır və mıxlanılır. 
I'ərdi qaydada hazırlanmış sənədlər üzərində müxtəlif səbəblər Üzündən sənədlərdə (yuxarıda 
göstərilənlərdən başqa) səhvlərin düzəldilməsinə müəyyən qaydalarla yol verilir. Bu zaman 
sənəd üzərində müvafiq qeydlər aparılır və sənədi imzalayan şəxs tərəfindən təsdiqlənir. 
Müəyyən məsələlər üzrə tərtib edilmiş sənədləri nəzarətə gülürməkdən ötrü onların surətləri 
çıxarılır və kötükləri saxlanılır. Çıxarılmış sənəd kötüklərinin maliyyə əhəmiyyəti vardırsa, onda 
ə, maliyyə hesablarına tikilərək saxlanılır və ödənilmiş maliyyə vəsaitlərinin qoyuluşunu təsdiq 
edir. 
Hər bir hüquqi şəxsin fəaliyyəti üçün onun banklarda milli və ya valyuta hesabı olmalıdır. Pul 
vəsaitinin saxlanması və əməliyyatların aparılması üçün müəssisə bankda öz hesablaşma 
hesubmı açır. Müəssisələr arasında hesablaşmaların əksəriyyəti lıagdsız yolla - pul vəsaitinin 
köçürülməsi yolu ilə aparılır. Burada luıııklar vasitəçi rolunu daşıyır, ödəmələrin çevikliyini 


41 
təmin edir. Müəssisələrin bankda hesablaşma hesabını açmaqdan ötrü ıi|ıipjdakı sənədlər 
lazımdır: 
I Müəssisənin qeydiyyatdan keçmiş nizamnaməsinin surəti; 
i
Müəssisənin maliyyə və bank sənədlərini imzalamaq hüququna malik şəxslərin imzalarının 
və möhürün nümunəsi olan к ill tı ıç к a; 
3.
Müəssisənin rəhbərinin hesablaşma hesabı açmaq haqqında ərizəsi; 
4.
Müəssisənin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi haqqında şəhadətnamənin 
surəti; 
5.
Bildiriş - dublikat. 
Bank işləri haqqında təlimata və əsasnaməyə uyğun olaraq, bu sənədlər müvafiq qaydalar 
əsasında tərtib olunur. Göstərilən sənədlərə uyğun olaraq sərəncamla hesablaşma hesabının 
nömrəsi verilir. 

Yüklə 454,79 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin