35
Qeyd kartoçkalarının blankları A 5 və A 6 formatlı kağızda mətbəə üsulu və ya poliqrafiya
metodu ilə hazırlanır. Sənədlərin qeydə alınması sənədlərin dövriyyəsi çox olan idarələrdə daha
geniş tətbiq edilir.
Sənədlər kartoçkalarda qeydə alman zaman:
-
daxil və xaric olan sənədlər eyni formatlı kartoçkalarda qeydə alınır;
-
kartoçkalar ancaq təşəbbüs və ya sorğu üçün iki nüsxə yazılır;
-
kartoçkanm üz
tərəfi dəftərxanada doldurulur, əks tərəfi struktur bölməsində və ya icraçı
tərəfindən doldurulur;
-
kartoçkanm birinci nüsxəsi sənədlə birlikdə
göndərilir, ikinci nüsxəsi isə dəftərxanada qalır.
Adətən dəftərxanada iki kartoçka tərtib olunur: icra olunmuş sənədlərin kartoçkası
və icra
olunmalı sənədlərin kartoçkası.
Kartoçkanm müxbir qrafasında sənəd göndərən və ya sənədin göndərildiyi təşkilatın adı
göstərilir. Vətəndaşların təklif, ərizə və şikayətləri qeydə alınarkən onların soyadı, adı, atasının
adı, iş yeri və ünvanı yazılır.
Sənədin daxil olması tarixi və daxil olduğu təşkilatın ona verdiyi indeks qeyd edilir. "Sənədin
tarixi və indeksi" qrafasında sənədin daxil olması tarixi və daxil olduğu təşkilatın ona verdiyi
indeks yazıhr.
"Qısa məzmunu" qrafasında
sənədin növü, başlığı göstərilir və ya qısa məzmunu yazılır.
Kartoçkada qətnamənin məzmunu yazılarkən həm də onun müəllifi və tarixi göstərilir.
Sənədin icrası haqqında yazılan qeyd məsələnin mahiyyətcə həll olunmasını, cavab sənədinin
tarixini və indeksini əks etdirməlidir. Yazılı cavab hazırlanması
tələb olunursa,
təşəbbüs
sənədində qoyulan məsələnin nə vaxt, kim tərəfindən və necə həll olunması haqqında konkret
qeyd yazılır.
"Nəzarət qeydləri" qrafasında icra müddətinə nəzarət haqqında qeydlər yazılır, bu qeydlərdə
yoxlamanın tarixi və sənədin icrasının ləngidiIməsiııin konkret səbəbləri göstərilməlidir.
Qrafadan sənədin icrası hərəkətini əks edən qeydlər yazılması üçün istifadə oluna bilər.