11
istifadə edilə bilər.
Sənədlərin idarəetmədə böyük əhəmiyyəti vardır.
1.
Sənədlər dövlət əhəmiyyətlidir, yəni sənədlər ictimai münasibətləri,
dövlət quruluşunu,
dövlət institutlarının mahiyyətini, qarşılıqlı əlaqəsini möhkəmləndirir və münasibətləri əks
etdirir. Dövlət orqanlarının vəzifəli şəxsləri sənədləri öyrənərək ölkənin daxili və xarici siyasətini
işləyib hazırlayır və bilavasitə sənədlərlə iş prosesini icra edirlər.
2.
Sənəd hüquq əhəmiyyətlidir, yəni sənədlərlə idarələrin,
müəssisələrin, vətəndaşların
hüquqları rəsmiləşdirilir və nizama salınır. Sənədlərdən istifadə edərkən dövlət müəssisələrin
məmurları vətəndaşların konstitusiya ilə təmin olunmuş hüquqlarını müdafiə edir.
3.
Sənəd iqtisadi əhəmiyyətlidir, yəni sənədlər vasitəsi ilə dövlətin iqtisadi fəaliyyəti göstərilir.
Sənəd təsərrüfat fəaliyyətinin sənədlərlə təşkili rolunu oynayır və bütün müəssisələrin iş proses
lə rin i rəsm i Iəş< liri r.
4.
Sənəd tarixi əhəmiyyətlidir, yəni sənədlər vasitəsi ilə tarixi faktlar araşdırılır və tarixi
məlumatlar saxlanılır.
Müəssisələrin gündəlik işlərində istehsalın, təsərrüfatın, maliyyə
və ictimai fəaliyyətin
müxtəlif məsələləri üzrə sənədlər yaranır. Bunlar əmrlər, qərarlar, məktublar, aktlar, müqavilələr,
protokollar, teleqramlar, arayışlar, fakslar və sairdən ibarətdir. Müəssisələrdə tərtib edilən və
digər müəssisələrə çatdırılan sənədləri "yazışmalar" adlandırmaq qəbul edilmişdir.
Kommersiya işlərinin aparılmasında yazışmalar ən mühüm rol oynayır. Yazışmalar sadə və
texniki üsullarla hazırlanır. Bunun üçün hazırlanmış xidməti sənədlərin forma və məzmunu bütün
tələblərə cavab verməlidir. İşgüzar yazışmaların rəsmiləşdirilməsi qaydaları bütün idarəetmə
sahələrinə aid edilir.
Xidməti məktublar və yazışmaların əsasını xidməti korrespondensiya təşkil edir. Məktublar
əsasında işgüzar əlaqələr, maliyyə
və bank işləri, sifarişlər, daşımalar və digər işlər aparılır.
Sənədlərin yaradılması, hərəkəti, onların qeydə alınması, təsnif edilməsi, uçotu və mühafizəsi
ilə əlaqədar olan işlərin cəmini sənədlərlə işi təşkil edir.
Müəssisə və təşkilatlarda sənədləşmələr qanuna və kargüzarlığa dair təlimata, hüquqi aktlara
əsasən aparılır. Bu, sənədləşmə işində artıq təkrarlanmanın qarşısını alır. Sənədlərin
hazırlanması, sənəd dövriyyəsinin təşkili, məlumatın uçotu və axtarışı, sənədlərin icrası üzərində
nəzarətin həyata keçirilməsi, onların işlərdə qruplaşdırılması məsələləri üçün vahid tələblər
12
qoyulmuşdur.
İdarəetmədə sənəd hüquqi münasibətlərin tənzimlənməsində əhəmiyyətli rol oynayır. Bunlar
hüquq normaları ilə reqlamentləşdirilir. İdarəetmə sənədlərinin digər sahələrə aid olan sənədlərlə
fərqləndirici cəhətləri bunlardır:
1.
İdarəetmə sənədlərindəki məlumatların xüsusiyyətlərindən asılı olmayaraq onlardakı
məlumatlar son nəticədə ictimai münasibətləri tənzimləyir (müəssisələr arasında, müəssisələr və
onların işçiləri arasında, müəssisə və vətəndaşlar arasında münasibətləri və b.).
2.
Başqa informasiya daşıyıcılarından fərqli olaraq idarəetmə
sənədləri rəsmi mənbələrdən
alınır; bunlar müəssisələrin, təşkilatların və vəzifəli şəxslərin səlahiyyətlərinə daxildir. Rəsmi
idarəetmə sənədləri xüsusi blankda hazırlanmalı, imza və möhürlə təsdiq edilməlidir.
3.
İdarəetmə sənədlərinin hazırlanması qaydaları, onların formaları, məzmununun
xüsusiyyətləri və istifadə sahəsi hüquq normaları ilə reqlamentləşdirilir.
Ümumilikdə sənədləşmə işləri sənədşünaslıqla bağlı olmaqla onun hissəsini formalaşdırır.
Dostları ilə paylaş: