Mühazirə Biomexanika fənninin predmeti və üsulları


Biomexanikanın məzmunu, nəzəriyyə və üsulları (metodları)



Yüklə 159,4 Kb.
səhifə4/85
tarix02.01.2022
ölçüsü159,4 Kb.
#37859
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   85
ELÇİN MƏMMƏDOV - - Biomexanika-III kurs-B-tərb.vəidman

Biomexanikanın məzmunu, nəzəriyyə və üsulları (metodları)

Biomexanikanın məzmununu müəyyən anlayışlar və qanunları ifadə edən nəzəriyyə və üsullar təşkil edir. Biomexanika nəzəriyyənin əsasında hərəkətlərin reflektor təbiəti və onların bir – biri ilə qarşılıqlı əlaqələri olunur. Mexanika qanunlarına əsasən, bütün hərəkətlər müxtəlif mənşəli qüvvələrin təsiri altında, nervizm prinsipi reflektor olaraq baş verir.

Idman biomexanikasının metodu, tədqiqat üsulu və qanunauyğunluqların dərk edilməsi yoludur. Metod nəzəriyyə ilə, onun əsas ideyaları ilə təyin olunur, eyni zamanda metodun özü elmdə yeni biliklərin alınması üsulunu təyin edir. Biomexanika nəzəriyyəsində hərəkət əməliyyatları mürəkkəb bir sistem kimi təsvir olunur. Ona görə də onların öyrənilməsində sistemli analiz və sistemli sintezin tətbiq olunması vacibdir.

Sistemli analizin mahiyyəti ondan ibarətdir ki, cihazlar vasitəsilə hərəkətlərin kəmiyyət xüsusiyyətləri, məsələn, sürət, sürətləndirmə (təcil) və s. qeyd edilir və bu xüsusiyyətlərə görə hərəkətləri fərqləndirmək, bir – biri ilə müqayisə etmək və hərəkət sistemini tərkib hissələrinə ayırmaq olur. Kəmiyyət xüsusiyyətlərinin öyrənilməsi zamanı, hərəkət sisteminin bütövlüyüynün səbəbi və onun hissələrinin bir – birinə necə təsir etdiyi də aydın olur. Bu isə hərəkətin quruluşu və ya sistemli sintezi adlanır. Sistemli analiz və sistemli sintez bir – biri ilə sıx rabitədə olur, bir – birini tamamlayırlar. Müasir biomexaniki tədqiqatlarda funksional metoddan daha çox istifadə olunur. Bu üsulun köməyi ilə hərəkərlərin vəziyyət və xüsusiyyətləri arasındakı funksional asılılıq öyrənilir.



  1. Yüklə 159,4 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin