Enerji xüsusiyyətləri.
İnsan hərəkət etdiyi zaman, onun bədəninə tətbiq olunan qüvvə iş görür və bədən hissələrinin vəziyyətini və sürətini dəyişdirir. Bu isə enerjinin dəyişməsinə səbəb olur. Qüvvənin işi, bu qüvvənin təsiri altında cismin yerdəyişməsini göstərən kəmiyyətdir.
Əgər qüvvə hərəkət istiqamətində yönələrsə onda o müsbət iş görür və cismin hərəkət enerjisini artırır, hərəkətin əksinə yönələrsə, onda mənfi iş görür və enerjini azaldır. A=F∙Scosα.
α=π/2 A müsbətdir.
α=900 sıfırdır
α>π/2 mənfidir
Ağırlıq qüvvəsinin təsiri altında cismin gördüyü iş A=F∙h olar. cismin düşməsi zamanı ağırlıq qüvvəsi müsbət iş görür, qalxması isə mənfi iş görür. Enerji cismin işgörmə qabiliyyətini xarakterizə edir. Mexaniki enerji kinetik və potensial enerjilərin cəmindən ibarət olur. Kinetik enerji cismin hərəkət sürətilə, potensial enerji isə cisimlərin qarşılıqlı yerləşməsi, qarşılıqlı təsiri ilə təyin edilir. Məhz kinetik enerji, mexaniki hərəkət enerjisi olub, cismin iş görmə qabiliyyətini müəyyən edir.
Bir – birinə nəzərən hərəkət edən hesablama sistemlərində cismin sürəti və deməli kinetik enerjisi müxtəlif olur. Əgər cismin yerdəyişməsi zamanı qüvvənin gördüyü iş gedilən yolun formasından asılı olmayıb cismin başlanğıc və son vəziyyətlərindən asılı olarsa belə sahə potensiallı sahə, qüvvə isə konservativ qüvvə adlanır. Əgər qüvvənin gördüyü iş gedilən yolun formasından asılı olarsa onda belə qüvvə dissipativ qüvvə adlanır. Fırlanma hərəkəti zamanı cismin kinetik enerjisi
olur.
və düsturlarının müqayisəsindən görünür ki, fırlanma hərəkətinin ətalət momenti – cismin ətalətliyinin ölçüsüdür. J böyük olduqca verilmiş sürətə çatmaq üçün daha çox enerji sərf etmək lazım gəlir. Əgər cisim üfiqi müstəvidə fırlanma hərəkəti edərsə onun tam enerjisi
olar.
Ağırlıq qüvvəsinin işi isə A=mgh olur. İdman hərəkətləri zamanı hərəkət bir növdən başqa növə keçir. Deməli, enerji də bir növdən başqa növə keçir.
Dostları ilə paylaş: |