ELÇİN MƏMMƏDOV - - Biomexanika-III kurs-B-tərb.vəidman
Hərəkətlərin dinamik xüsusiyyətləri.
İnsanın bütün hərəkətləri və hərəkətə gətirdiyi cisimlər qüvvənin təsiri altında öz sürətlərini qiymət və istiqamətcə dəyişirlər. Hərəkətlərin mexanizmini, onların baş vermə səbəblərini aydınlaşdırmaq üçün hərəkətlərin dinamik xüsusiyyətlərini bilmək lazımdır.
Dinamik xüsusiyyətlərə aşağıdakılar aiddirlər:
Ətalət xüsusiyyəti (insan bədəninin və onun hərəkətə gətirdiyi cismin xüsusiyyəti)
Qüvvə xüsusiyyətləri ( bədənin hissələrilə başqa cisimlərin qarşılıqlı təsirinin xüsusiyyəti)
Enerji xüsusiyyəti (biomexaniki sistemin halının və iş qabiliyyətinin dəyişməsi).