Mühazirə Biomexanika fənninin predmeti və üsulları


Əzələlərin mexaniki xüsusiyyətləri



Yüklə 159,4 Kb.
səhifə19/85
tarix02.01.2022
ölçüsü159,4 Kb.
#37859
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   85
ELÇİN MƏMMƏDOV - - Biomexanika-III kurs-B-tərb.vəidman

Əzələlərin mexaniki xüsusiyyətləri.

Əzələlərin əsas vəzifəsi kimyəvi enerjini mexaniki işə və ya qüvvəyə çevirməkdir.

Əzələ fəaliyyətini xarakterizə edən əsas biomexaniki göstəricilər əzələnin ucunda olan dartma qüvvəsi və əzələnin uzunluğunun dəyişmə sürətidir.başqa sözlə mərkəzi sinir sistemindən gələn impuls əzələ liflərində oynama prosesi yaradır ki, bunun da nəticəsində əzələnin mexaniki vəziyyəti dəyişir. Buna əzələnin təqəllüsü deyilir.

Təqəllüs - əzələnin uzunluğunun və həmçinin onun mexaniki xassələrinin (elastikliyi, yapışqanlığı və sürüşkənliyi) dəyişməsi deməkdir. Əzələnin mexaniki xassələri mürəkkəb olub, əzələni təşkil edən liflərin, birləşdirici törəmələrin və s. mexaniki xassələrindən və əzələnin halından (oynama, yorğunluq) asılıdır. Əzələnin elastikliyi ondan ibarətdir ki, yükü atrırdıqca əzələnin uzunluğu da artır və bununla bərabər əzələnin mexaniki gərginliyi də artır. Əgər əzələyə heç bir yük və ya qüvvə təsir etməzsə, onda əzələ nə uzanacaq, nə də gərginləşəcəkdir. Xarici qüvvənin təsiri kəsildikdə, əzələ yenə öz əvvəlki vəziyyətini (uzunluğunu) bərpa edir. Əzələnin mexaniki xüsusiyyətlərindən biri də, əzələnin yapışqanlığıdır. Bu xüsusiyyət əzələnin dartılma və ya qısalma sürətinə təsir göstərir. Əgər yapışqanlıq yüksəkdirsə, o zaman o ləngidici təsir göstərəcək, yəni əzələnin uzunluğunun dəyişməsini yavaşıdacaq.

Sürüşkənlik xassəsinə görə, əzələ müəyyən vaxtdan sonra öz unuzluğunu dəyişə bilir, yəni yük tərəfindən gərginləşmiş əzələ müəyyən uzunluğa malik olur. Bir müddətdən sonra həmin yük və təzyiq altında əzələ öz uzunluğunu artırır. Nəhayət, dartılmış əzələ uzunluğunu saxlayaraq, tədricən gərginliyini azaldaraq boşalır. Əzələnin bu mexaniki xassələri birlikdə elastiklik adlanır.




  1. Yüklə 159,4 Kb.

    Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin