Mühazirə Biomexanika fənninin predmeti və üsulları


Mühazirə 4. Fiziki hərəkətlərin biomexaniki tədqiqat metodları



Yüklə 159,4 Kb.
səhifə21/85
tarix02.01.2022
ölçüsü159,4 Kb.
#37859
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   85
ELÇİN MƏMMƏDOV - - Biomexanika-III kurs-B-tərb.vəidman

Mühazirə 4.

Fiziki hərəkətlərin biomexaniki tədqiqat metodları.

Fiziki hərəkətlərin biomexaniki tədqiqatlarının əsas məqsədi bu hərəkətləri icra edən zaman insanın vəziyyətlərini və hərəkətlərini öyrənmək, bu hərəkətlərin qanunauyğunluqlarını aşkara çıxartmaq, icra olunan hərəkətlərin xüsusiyyətlərilə onların effektliyi arasındakı əsas və möhkəm asılılığıtəyin etmək və icra edilmə variantlarından daha səmərəli olanları seçməkdir.

Biomexaniki tədqiqatların qarşıya qoyduğu məsələlər əsas etibarı ilə nəyi və yaxud hansı asılılıqları öyrənməkdən, hansı obyekt üzərində tədqiqat aparmaqdan, hansı şəraitlərdə və nə kimi üsullarla məlumatları toplamaq və onları işləməkdən ibarətdir.

Bu məsələləri həll edə biləcək metodlar seçilir ki, bunlar kinematik və dinamik hərəkətlərin qeyd olunmasına, alınmış məlumatların işlənməsinə və hərəkət və vəziyyətlərin biomexaniki analizinə əsaslanır.

Biomexaniki tədqiqatların xüsusi məsələləri aşağıdakılar ola bilər:


  1. İnsan bədəninin statiki şöbəsi üzrə:

  1. Konkret vəziyyətləri zamanı müvazinət şərtlərinin müəyyən edilməsi.

  2. Duruşun, yəni bədən hissələrinin qarşılıqlı yerləşməsinin dəqiq təyin edilməsi.

  3. Məlum vəziyyət və duruşların saxlanması üçün əzələlərin statik işlərinin müəyyən edilməsi.

  4. Məlum vəziyyətdə dəyişən duruşlar zamanı əzələ hərəkətlərinin və dinamik işinin müəyyən edilməsi.

  5. Məlum vəziyyətlərdə sükutluqla və dəyişən duruşlarda tənəffüs hərəkətlərinin şəraiti.

  1. İnsan bədəninin dinamik şöbəsi üzrə.

  1. Icra olunan hərəkətlərin strukturasının (dövrlər, fazalar, hərəkət momentləri) müəyyən edilməsi

  2. Hərəkət fazalarının vaxt münasibətlərinin təyin edilməsi.

  3. Bədənin tamamlıqla hərəkət xüsusiyyətlərinin (kinematika və dinamika) xarakteri.

  4. Oynaqlarda hərəkətlərin xarakteri (bədən hissələrinin kinematika və dinamikası).

  5. Eyni adlı hərəkətlərin (yeriş, qaçış, tullanmalar, üzmə və s.) müqayisəli xarakteristikası.

Bütün bu məsələləri həll etmək üçün, bədən və ya onun hissələrinin keçdiyi yolu, bu yola sərf olunmuş vaxtı, hərəkətin sürətini və onun dəyişilməsini (sürətləndirməni) təyin etmək lazımdır.

Bundan başqa, bədən və onun hissələrinin çəkisini, hərəkəti əmələ gətirən qüvvələri və s. müəyyən etmək lazımdır.




  1. Yüklə 159,4 Kb.

    Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin