Dayaq və dayaqsız şəraitdə dövri hərəkətlərin idarə olunması.
Dövri hərəkətlər həmişə ox ətrafında olur. Fırlanma oxu bədənin sərhədlərində, həm də onun xaricində ola bilər. Əgər fırlanma oxu həmin cismin kənarındadırsa (xarici ox), onda bədən bu oxla bağlı olmalıdır (gimnastika alətlərində idmançı həmin alətin oxu ilə ya əllərilə, ya kəndir vasitəsilə və s. ilə bağlı olur). Bu xarici ox daimi, hərəkətsiz və bərkidilmiş olur.
Salto və piruetləri icra edəndə fırlanma oxu insanın ağırlıq mərkəzindən keçir. Bu isə sərbəst daxili oxdur. Sərbəst ox ona görə deyilir ki, o, fəzada daima yerləşməyərək, bədənlə birlikdə yerdəyişməyə malikdir. Sərbəst ox ətrafında fırlanma zamanı bədənin xarici saxlayıcısı olmur. Fırlanan bədənin hissələri əyrixətli yollarda daxili əlaqələrlə saxlanılır.
Dayaqsız şəraitdə dövri hərəkətlərin idarə olunması aşağıdakılarla əldə edilir:
Boylama ox ətrafında bədənin bükülüb və açılması ilə.
Bədən hissələrinin sərbəst oxa yaxınlaşması və ondan uzaqlaşması ilə, yəni bütün bədənin dövri hərəkətinin sürətləndirilməsi və yavaşıdılmaı ilə.
Gövdənin əyilməsi və ətrafların dairəvi hərəkəti ilə, yəni bütün bədənin bir neçə ox ətrafında mürəkkəb dönmələrinin əmələ gəlməsi ilə.
Dayaq olan şəraitdə bədən vəziyyətini saxladığı zaman, onun dövri hərəkətini xarici qüvvə anı ilə dəyişmək olar. Məsələn, məşqçi gimnastın bədənini hündür turnikdən sallanma vəziyyətində yellədərkən onun əzələ qüvvəsi dövri hərəkəti artıra və ya azalda bilər. Gimnast özü isə əzələ gərginliyi ilə passiv olaraq vəziyyəti saxlayır. Yellənmə hərəkətini icra etmək üçün idmançı sallanma vəziyyətindən dartılır, ayaqlarını bükür, pəncələrini turnikdən hündürə qaldırır. Bu zaman BUAM yuxarı qalxır, sonra idmançı açılaraq öz bədənini önə - yuxarı yönəldərək, fırlanma oxuna görə ağırlıq qüvvəsi anını yaradır, yəni fırlanmanın başlanması üçün şərait yaradır.
Ağırlıq qüvvəsi anı bədəni fırladaraq ona müəyyən istiqamətdə sürət verir. Fırlanma zmanı ətalət qanununa görə bədən hərəkətini davam etdirir, potensial enerji kinetik enerjiyə çevrilir. Şaquli xətti keçəndə idmançı fəqəfəarası və bud – çanaq oynaqlarında bürkülərək ağırlıq mərkəzini önə - yuxarı qaldırır. Bu hərəkətin nəticəsində bədənin kütləsi hündürə qalxır, yellənmənin amplitudası tədricən artır. Yellənmə prosesində fırlanma radiusu dəyişilir, bu isə alətin oxuna nisbətən bədənin ətalət anının dəyişilməsinə və deməli, bucaq sürətinin dəyişilməsinə səbəb olur. Oynaqlarda bükülmə zamanı bədənin bucaq sürəti artır, açılma zamanı isə azalır.
Beləliklə, dayaq olan şəraitdə dövri hərəkətlərin idarə olunması aşağıdakılar ilə əldə edilir:
Xarici qüvvənin tətbiqi ilə; bu zaman bütün bədənin fırlanmasının sürətləndirilməsi və ya yavaşıdılması əldə edilir (bədən vəziyyətinin saxlanması vaxtı).
Bərkidilmiş oxda xarici qüvvə təsiri şəraitinin dəyişilməsilə (oxa yaxınlaşmaq və oxdan uzaqlaşmaq); bu zaman bədən vəziyyətinin dəyişilməsilə onun fırlanması sürətlənir və yavaşıyır.
Xarici qüvvə anının fəal sürətdə yaranması (dayaqdan uzaqlaşmaq və ona yaxınlaşmaq ilə); bədən vəziyyətinin dəyişilməsilə onun fırlanmasının sürətlənib və ya yavaşıması.
Əzələlərin dinamik işi BUAM – ın fırlanma oxuna yaxınlaşmasında və ondan uzaqlaşmasında özünü göstərir.
Dostları ilə paylaş: |