Dövri hərəkətlər.
İnsan fəaliyyətinin təcrübəsində müşahidə edilən çoxlu müxtəlif hərəkətlər əsas etibarı ilə oynaqlarda olan bədən hissələrinin fırlanmasıdır. Qol, qıç, gövdə oynaqlarında dövri hərəkətlərin hesabına yeriş, qaçış, tullanma və başqa lokomotor hərəkətlər edilir. Bu dövri hərəkətlər əsas etibarı ilə idman gimnastikasında, suya tullanmada, rəqslərdə, akrobatikada, lövhənin və çəkicin atılmasında rast gəlinir.
İnsan bədəninin dövri hərəkətlərinin mexanikası. Dövri hərəkətlər həmişə ox ətrafında olur. Fırlanma oxu bədənin sərhədlərində, həm də onun xaricində ola bilər. Əgər fırlanma oxu həmin cismin kənarındadırsa (xarici ox), onda bədən bu oxla bağlı olmalıdır (gimnastika alətlərində idmançı həmin alətin oxu ilə ya əlləri ilə, ya kəndir vasitəsilə və s. bağlı olur). Bu xarici ox daimi, hərəkətsiz və bərkidilmiş olur.
Salto və piruyetləri icra edəndə fırlanma oxu insanın ağırlıq mərkəzindən keçir. Bu isə sərbəst daxili oxdur. Bədənin ağırlıq mərkəzindən keçən oxlara sərbəst oxlar deyilir. Onlara sərbəst oxlar ona görə deyilir ki, onlar fəzada daim yerləşməyərək, bədənlə birlikdə yerdəyişməyə malikdirlər.
Dövri hərəkətləri təhlil etdikdə, ilk əvvəl bədənin fırlanma oxunu təyin etmək və bu oxa görə sonrakı tədqiqatları aparmaq lazımdır.
Fırlanma hərəkətlərini yaratmaq üçün elə bir qüvvə lazımdır ki, onun istiqaməti fırlanma oxuna paralel olmayıb, fırlanma oxundan keçməsin. Fırlanma oxundan bir qədər məsafədə keçən bu cür qüvvə fırlanma anı əmələ gətirir ki, bu da qüvvənin oxdan onun qısa məsafəsinin, yəni qüvvə qolunun hasilatına bərabərdir. M=Fxl. burada M – fırlanma momenti, F – qüvvə və l – qüvvə qoludur. Momenti əmələ gətirən qüvvə bədəni fırlanmaya keçirir. Qüvvə momenti böyük olduqca, o cismə daha böyük sürətləndirmə verəcəkdir.
Dövri hərəkətlərin əsas kinematik xüsusiyyətləribucaq sürəti və bucaq sürətləndirməsidir. Bucaq sürəti saniyədə dərəcələrlə və ya saniyədə radianlarla və yaxud da saniyədə dövrlərlə ifadə olunur.
Fırlanan bədənin hər hansı bir hissəsinin hərəkətini öyrənərkən (ayağın), onun xətti sürətini təhlil etmək lazımdır. Bütün bədənin fırlanma hərəkətini öyrənərkən, bucaq sürətindən istifadə etmək lazımdır. Xətt və bucaq sürəti arasında riyazi asılılıq vardır: nöqtənin xətt sürəti, bucaq sürətinin fırlanma radiusuna olan hasilinə bərabərdir (fırlanma oxundan həmin nöqtəyə qədərolan məsafə) V=Wr. Fırlanma radiusu kiçik olduqca, bir o qədər də nöqtənin xətt sürəti az olacaqdır.
Bucaq sürəti hərəkət prosesində dəyişə bilər. Həmin nöqtənin xətt və bucaq sürətləndirmənisi qarşılıqlı əlaqədardır: xətt sürətləndirməsi, bucaq sürətləndirməsinin radiusa olan hasilinə bərabərdir: a=ar.
Beləliklə, bədən hissələrinin xətt sürəti kimi, bucaq sürəti də fırlanma oxundan olan məsafədən asılıdır.
Fırlanan cisim, hər bir hərəkət edən kütlə kimi bir qədər kinetik enerjiyə malikdir. İrəli hərəkət edən cismin kinetik enerjisi belə ifadə olunur:
Fırlanma hərəkəti zamanı cisim həmçinin kinetik enerjisi ehtiyatına malikdir:
Burada 2 artırma (vuran) vardır: birinci vuran cismin ətalət anı adlanır. İkinci vuran isə bucaq sürəti kvadratının yarıya bölünməsidir.
Cismin maddi nöqtəsinin ətalət anı, nöqtə kütləsinin (m) fırlanma oxuna qədər olan məsafə mvadratının (I=mr)2 hasilin’ b’rab’rdir/
Dostları ilə paylaş: |