Mühazirə Biomexanika fənninin predmeti və üsulları


İdman texnikasına nail olmağın effektliyi



Yüklə 159,4 Kb.
səhifə81/85
tarix02.01.2022
ölçüsü159,4 Kb.
#37859
növüMühazirə
1   ...   77   78   79   80   81   82   83   84   85
ELÇİN MƏMMƏDOV - - Biomexanika-III kurs-B-tərb.vəidman

İdman texnikasına nail olmağın effektliyi – texnika rasionallığından fərqli olaraq, bu və ya digər texnika variantını deyil, texnikaya nail olmağın keyfiyyətini xarakterizə edir. Texnika efnikaya nail olmağın keyfiyyətini xarakterizə edir. Texnika effektliyinin 3 qrup göstəriciləri ayırd edilir:

  1. Mütləq effektlik

  2. Müqayisəli effektlik.

  3. İcra etmənin effektliyi.

Mütləq effektliyin göstəriciləri biomexaniki, fizioloji, psixoloji və estetik mülahizələrin əsasında təyin edilmiş texnikanın ən artıq rasional variantına yaxınlığını xarakterizə edirlər.

Sadə hallarda texnikanın effektivliyinin ölçüsü idmançının göstərdiyi nəticə ola bilər. Tək – tək güləşmə və idman oyunlarında texnika üsullarının effektivliyini çox vaxt bu üsulla qiymətləndirirlər. Lakin, təəssüf ki, əksəriyyət hallarda idman nəticəsi texnika effektliyinin göstəricisi olmur, belə ki, texnikadan əlavə o, başqa faktorlardan da, xüsusən, hərəkətetmə, sürət keyfiyyətlərinin inkişafından asılıdır. Məsələn, qılınc oynadanlardan biri digərindən hücumdakı tullanmada üstünlük təşkil edir, bu onun texnikadakı üstünlüyündən yox, onun daha çox tullanmalara və yaxşı inkişaf etmiş sürət keyfiyyətlərinə malik olmasıdır.

Ona görə, texnika effektliyinin bu metoda əsasən texnika əməliyyatları hərəkət keyfiyyətlərinin çoxluğunu tələb etmit. Məsələn, o hallar yararlıdır ki, voleybolda vermə və ikinci ötürmə texnikasını bu cür qiymətləndirmək olar, çünki onun nəticəsi bir çox faktorlardan, xüsusən tullanmalardan asılıdır. Rasional texnikanın əsasında müxtəlif əlamətlər yer tutur:


  1. Biomexaniki (buna aid misallar yuxarıda verilmişdir).

  2. Fizioloji – idman yerişilə məşğul olanlarda texnika rasional olmadıqda çox vaxt ön qamış əzələsində kəskin ağrı hissiyatı baş verir, çünki həmin əzələnin boşalması bir addımda kifayət etmədiyindən qan dövranı pisləşir.

  3. Psixoloji – idman oyunlarında və güləşmədə texnika, rəqib üçün əlverişli olmayan hərəkətləri icra etmək meyli ilə müəyyən olunur. Məsələn, texnika hərəkətləri rəqib üçün gözlənilmədən olması yaxşıdır, ona görə bu hərəkətlər qəfildən (hazırlıqsız) və ya aldadıcı hərəkətlərdən sonra yerinə yetirilməlidir. Hərəkətlərin mexanika nöqteyi – nəzərindən bu cür hərəkətlər rasional deyildir (qüvvə, sürət və bəzən hərəkət düzgünlüyü azalır), lakin məhz bu hərəkətlər rəqibi udmağa kömək edir. Ona görə də texnika hərəkətlərinin buna oxşar üsullarla yerinə yetirilməsi (idman oyunlarında, güləşmədə) daha çox rasional sayılır.

  4. Estetiki (bədii) - əlamətlər elə idman növlərində təyin edici olurlar ki, harada hərəkətlərin gözəlliyi – ustalığın əsasıdır. Məsələn, gimnastika, konkidə fiqur oyunları və s.


Yüklə 159,4 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin