Mühazirə 12.
İdman – texniki ustalığı.
İdmançıların texniki hazırlığı və ya başqa sözlə texniki ustalığı onunla xarakterizə olunur ki, idmançı hansı hərəkətləri etməyi bacarır və mənimsədiyi hərəkətləri necə idarə edir. Bunlar texniki ustalığının göstəriciləri kimi ayırd edilir. I qrup göstəricilərə aiddir: a) həcm, b) hərəkət əməliyyatlarının müxtəlifliyi, c) texniki əməliyyatların rasionallığı. II qrupa isə aiddir: a) idman texnikasına nail olmağın effektivliyi, b) texnikanın mənimsənilməsi.
Texniki hazırlığın həcmi – idmançının icra etdiyi və ya icra etməyi bacardığı texniki əməliyyatların miqdarı ilə təyin olunur. Bu halda texnkanı adətən belə qiymətləndirirlər: yerinə yetirib – ya yetirməyib, bacarır ya bacarmır.
Texniki hazırlığın ümumi və yarışa məxsus həcmi ayırd edilir. Ümumi həcmi idmançının mənimsədiyi texnika əməliyyatlarının cəmi ilə xarakterizə olunur. Yarış həcmi isə yarışlarda icra edilən müxtəlif texnika əməliyyatlarının sayı ilə xarakterizə olunur. Məsələn, gimnastlar idman ustaları hər bir gimnastika alətində 120 – 200 element icra etməyi bacarırlar. Deməli, 6 alətin hamısında həmin gimnastlar təxminən 750 – 1000 müxtəlif elementləri icra edə bilərlər. Yüksək dərəcəli gimnastların texniki hazırlığının ümumi həcmi belədir.
Əlbətdə, bu elementlərin hamısını birdən gimnast bir yarışda icra edə bilməz. Yarış həcmi ümumi həcmdən çox azdır.
İdmanın başqa növlərində, məsələn, güləşmədə də belədir. hərçənd ki, güləşmə texnikasının 1000 – dən çox üsulu vardır, yüksək dərəcəli güləşçilər həlledici yarışlarda öz seçdikləri üsullardan istifadə edirlər.
Dostları ilə paylaş: |