Bibər dolmasının hazırlanması və süfrəyə verilməsi. Burada bibər yuyulub içi çıxarılır və qaynar duzlu suda azacıq pörtlədilib süzülür.
Yumşaq qoyun əti quyruq və baş soğanla birlikdə ətçəkən maşından keçirilir, duz və
istiot vurulur. Sonra çəkilmiş ət yağda qızardılır və topaclaşmasın deyə arasıkəsilmədən
qarışdırılır. Narın doğranmış soğan yağda qızardılır qiyməyə qatılır. Əgər bibər dolması
düyü ilə hazırlanırsa qiymənin içinə yuyulub yarıbişmiş düyü əlavə olunur və hamısı
birlikdə yaxşıca qarışdırılaraq qabaqca hazırlanmış bibərə doldurulur.
Bibər dolması dayaz qazana qoyulub üstünə az miqdar bulyon tökülür və 15-
20 dəqiqə ərzində öz buğunda bişirilir. Süfrəyə verilən zaman bibər dolmasının
üstünə sous tökülür. Xörəyin yanında ayrıca qabda darçınlı qatıq verilir.
Qeyd: çox vaxt badımcan, pomidor və bibər dolmasını bir yerdə bişirirlər.
Hər pors üçün burada 150q qoyun əti, 200q şirin bibər (bolqar bibəri), 15q
düyü, 1 baş soğan, 20q quyruq, yaxud 20q ərinmiş yağ, 75q qatıq, 0,1q darçın,
habelə istiot, duz götürülür.