Üçüncü bazar - Birja üzvü olmayanların qiymətli kağızlarla birjadan kənarda müxtəlif alqı-satqı əməliyyatları apardıqları bazar.
Üfüqi birlik- Oxşar texnika-texnologiya əsasında, eyni təyinatlı məhsul istehsal edən şirkətlərin korporasiya daxilində birləşməsi.
Ümumi xərclər - Şirkət və korporasiyanın məhsulun istehsalı, daşınması, satışı ilə bağlı olan bütün xərcləri.
Ümumi daxili məhsul- Mülkiyyət mənsubiyyətindən asılı olmayaraq, ölkə ərazisində fəaliyyət göstərən şirkətlərin il ərzində istehsal etdikləri hazır əmtəələrin (məhsulların) və göstərilən xidmətlərin ümumi dəyər (pul) ifadəsi.
Ümumi milli məhsul- Ölkədə və onun hüdudlarından kənarda milli iqtisadiyyatın resursları hesabına il ərzində istehsal olunmuş son hazır məhsulların (əmtəələrin), göstərilən xidmətlərin ümumi bazar qiymətləri ilə dəyər (pul) ifadəsi.
Ümumi iqtisadi tarazlıq- Milli iqtisadiyyatın əmtəə-xidmətlər və istehsal amilləri bazarında tələblə-təklifin bəra-bərliyi.