Mühazirə mətnləri Bakı ­- 2015



Yüklə 0,93 Mb.
səhifə161/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   153   154   155   156   157   158   159   160   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

Vergi sistemi - Ölkədə vergiqoymanın, tutulan vergilərin forma və metodlarının, vergilərin toplanması və istifadəsinin, habelə müvafiq vergi orqanlarının məcmusu.

Vergi siyasəti - Vergi və vergiyəcəlbetmə sahəsində dövlətin həyata keçirdiyi tədbirlər sistemi.

Vergi tənzimlənməsi - Vergi növləri və dərəcələrinin, vergi güzəştləri və cəlbolunmalarının müəyyənləşdirilməsi istiqamətində tədbirlərin hazırlanıb həyata keçirilməsi.

Vergi yükü - Vergi ödənişləri ilə bağlı, iqtisadi məhdudiyyətlərin səviyyəsi.

Vergidən azadolma - Ödənilən vergi məbləğinin qanuni yollarla azaldılması.

Vergitutma bazası - Vergitutma obyektlərinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsi.

Vergitutma obyekti - Qanunla müəyyən edilmiş vergiyə cəlb olunan bütün obyektlər.

Vəqf Şərq ölkələrində dini təşkilatlara bağışlanan daşınan və daşınmaz əmlak.
Y

Yan (kənar) təsir - Bir şəxsin əməl və iqtisadi fəaliyyətinin başqalarının maddi vəziyyətinə müsbət, yaxud mənfı təsiri.

Yarımfabrikat - Müəyyən şirkətdə istehsal olunub və digər şirkətdə, korporasiyada hazırlanan daha mürəkkəb məhsulun tərkib hissəsi kimi istifadə olunan natamam (yarımçıq) məhsul.

Yarlık (damğa, nişan) - Əmtəənin, malın üzərinə yapışdırılan, yaxud bərkidilən etiket.

Yarmarka - Vaxtaşırı fəaliyyət göstərən yerli, regional, ölkə və beynəlxalq bazar.

Yaşayış minimumu - İnsanların həyat fəaliyyətinin saxlanması və iş qüvvəsinin təkrar istehsalı üçün zəruri olan yaşayış vasitələri.

Yığım norması - Gəlirin ümumi həcmindən yığım və investisiya məqsədləri üçün ayrılmış hissə.

Yığım paradoksuKeyns konsepsiyasına görə yığım həcmi artdıqca, ölkənin milli gəlirinin azalması.

Yoxsulluq - Hər hansı bir ölkədə elmi cəhətdən əsaslandırılmış normalara uyğun yaşayış vasitələri olmayan əhalinin müəyyən hissəsinin sosial-iqtisadi vəziyyəti.

Yoxsulluq tələsisosial təminat alan şəxsin iş axtarmaq istəməməsi.

Yoxsulluq zonaları - Ölkədə və dünyada əhalinin yoxsul hissəsinin daha çox cəmləşdiyi ərazilər.

Yumşaq valyuta - Nominal dəyərinə və digər valyutalara qarşı dayanıqsız olan valyuta.

Yüngül sənaye - Əhalinin yaşayışı və məişəti üçün zəruri olan istehlak malları istehsal edən sənaye sahələri.

YutilMarjinalist konsepsiyada fərdi faydalığın şərti.
Z

Zamin - Müəyyən bir iş və fəaliyyət üçün zəmanət verən şəxs.

Zay məhsul - Normal keyfiyyət tələblərinə və standartlara uyğun gəlməyən əmtəə-xidmətlər.

Zəmanət - Müəyyən şəxs tərəfındən pul və əşya öhdəliklərinin yerinə yetirilməsinə dair məsuliyyət forması.

Zərbxana Pul kəsilməsi, yaxud zərb edilməsi ilə məşğul olan dövlət müəssisəsi.

Zərər - Təsərrüfat fəaliyyətində itkilər, gözlənilməyən xərclər, əmlakın və pulun itirilməsi.

Zəhmətsiz gəlirlər - Faydalı əmək fəaliyyəti ilə əlaqəsi olmayan, konkret əmək xərcləri ilə ölçülə bilməyən və qeyri-qanuni yollarla əldə edilən gəlir.

Zəruri əmək - İctimai əməyin bir hissəsi olub, işçinin öz iş qüvvəsini bərpa etmək və ailəsinin zəruri tələbatlarını ödəmək üçün lazım olan şeylərin istehlak dəyərinə uyğun sərf edilmiş əmək.

Zəruri iş vaxtı - Ümumi iş vaxtının bir hissəsi olub, işçinin iş qüvvəsinin təkrar istehsalını təmin edə bilən zəruri məhsulun dəyərinin yaradılmasına sərf edilən vaxt.

Zəruri məhsul - Maddi istehsal sahələrində çalışan işçinin yeni yaratdığı məhsulun bir hissəsi.

Zondaj – Danışıqlar və saziş iştirakçısının mövqeyinin qabaqcadan öyrənilib aydınlaşdırılması.



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin