Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə120/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   116   117   118   119   120   121   122   123   ...   189
2019-04-25 12-07-55

Sintaksis və onun predmeti

  • Sintaktik vahidlərin ifadəsində rolu olan vasitələr

  • Sintaksisin dilçiliyin digər bölmələri ilə əlaqəsi: fonetika ilə əlaqə; leksikologiya bölməsi ilə əlaqə; morfologiya bölməsi ilə əlaqə; ədəbiyyat fənni ilə əlaqə

    4. Sintaktik əlaqənin mahiyyəti (məna və qrammatik əlaqənin xüsusiyyəti)
    5. Tabesizlik əlaqəsi və göstəriciləri
    6. Tabelilik əlaqəsi və növləri: uzlaşma əlaqəsi
    7. Xəbərin həmcins mübtədalarla və həmcins xəbərlərin mübtəda ilə uzlaşması
    8. İdarə əlaqəsi
    9. Yanaşma əlaqəsi
    Dilçiliyin əsas şöbələrindən olan qrammatika sözlərin dəyişməsi və onların birləşməsindən bəhs edir. Başqa sözlə, bu dəyişmənin və birləşmənin qanunauyğun şəkildə mövcud olmasını və fəaliyyət göstərməsini əks etdirir.
    Dilçiliyin çox qədim sahələrindən olan qrammatika 2 mühüm şöbəyə_ morfologiya və sintaksisə ayrılır. Sintaksis nəinki qrammatikanın, ümumiyyətlə, dilçiliyin çox böyük spesifik cəhətləri ilə _ mücərrədlik və məntiqi nəticələr əldə etmək bacarığı yaratması ilə seçilən əsas şöbəsidir.
    Yunan mənşəli söz olan “sintaksis’’ ‘’birləsmə’’, ‘’tərtibat’’ anlamını yaradır. Belə ki, dil özünün ünsiyyət vasitəsi olmaq vəzifəsini, məlum olduğu kimi, sintaktik vahidlər _cümlələr vasitəsilə yerinə yetirir. Cümlə daxilində olan sintaktik vahidlər, eləcə də cümlə qrammatik qaydalar, dilin daxili qanunauyğunluğu əsasında birləşir, qurulur, yəni tərtib edilir.
    Qrammatikanın çox mühüm hissəsi olan sintaksis sözlərin söz birləşmələri və cümlələr səklində birləşməsi qaydalarından bəhs edir. Deməli, sintaksis iki böyük sahəyə ayrılır: söz birləşmələri və cümlə. Sintaksisin həmin sahələri haqqında, əsas tədqiqat obyekti, predmeti nədir? sual ətrafında müxtəlif fikirlər mövcud olmuşdur. Bir sıra dilçilər sintaksisin obyektinin cümlə və cümlə üzvlərindən (Q.Q.Poçeptsov), bir qismi söz birləşmələrindən (F.F.Fortunatov, M.N.Peterson, A.M.Peşkovski, A.B.Şapiro), bir qismi isə (V.V.Vinoqradov, N.Y.Şedova, V.A.Belaşapkova, V.N.Yartseva və b.) cümlələr və söz birləşmələrindən ibarət olduğunu qəbul edirlər.
    Azərbaycan dilçiliyində axırıncı fikir öz həllini tapmısdır. Belə ki, sintaksis ilk növbədə nə ilə məşğul olmalıdır? sualına dilçilər belə cavab vermişlər: Sintaksis cümlələrdən, onların tərkibini təşkil edən sözlərin birləşməsindən, bu birləşmələri zəruru edən qayda və qanunlardan bəhs edir. Söz birləşmələri əşyalar arasında (pəncərənin şüşəsi), əşyalarla əlamətlər (ipək saçlar, yaxşı insan), əşyalarla hərəkətlər arasında olan əlaqələri ifadə edir. Sintaksisin əsas tədqiqat obyektlərindən olan sərbəst söz birləşməsi müstəqil leksik mənaya malik olan sözlərin məna və qrammatik cəhətdən birləşməsindən yaranır. O, bir tərəfdən sözlə, digər tərəfdən cümlə ilə oxşardır. Söz birləşməsi də söz kimi cümlə daxilində islənir, onun kimi dəyişir. Sözlərdən tərtib olunmasına və bu zaman tələb olunan sıralanmaya və sintaktik əlaqəyə görə cümləyə bənzəyir. Ancaq bu oxşarlıq onların arasındakı fərqi inkar etməyə əsas vermir. Məhz sintaksisin ən mühüm nəzəri məsələlərindən biri söz birləşmələrinin mahiyyətini, onların tiplərini, əmələgəlmə yolları və vasitələrini, söz birləşməsi ilə sözün, cümlənin, söz birləşməsi ilə mürəkkəb sözün oxşar və fərqli cəhətlərini aşkar etməkdir. Söz birləşməsinin növləri _ ismi və feli birləşmələr, feli birləşmələrə əsaslanan feli sifət, feli bağlama və məsdər tərkibləri öz zəngin quruluş tipi və məna tutumu ilə sintaksisdə arasdırılır, tədqiq edilir. Həmçinin həmin birləşmələrin və tərkiblərin sadə cümlənin genişlənməsindəki rolu, tabeli mürəkkəb cümlələrlə məna ekvivalentliliyi, sintaktik sinonimliyi, lakin predikativ keyfiyyət qazana bilmədiyi üçün budaq cümlə vəzifəsi daşıya bilməməsi və s. sintaksisin məşğul olduğu sahələrdir. Sintaksisin məşğul olduğu sahələrdən ən başlıcası isə cümlədir. Cümlə dilin əsas ünsiyyət vahididir. Fikir mübadiləsi yalnız cümlələr vasitəsilə ilə yaranır, mümkün olur. Cümləni təşkil edən sözlər həm məna, həm də qrammatik cəhətdən əlaqəyə girir.
    Cümlənin söz birləşməsindən fərqi, cümlənin əsas əlamətləri – predikativliyi, modallığı, intonasiya ilə müşayiət edilməsi, cümlə üzvləri, cümlənin quruluşca növləri, sadə cümlənin növləri, mürəkkəb cümlə və növləri, əlavələr və xüsusiləşmələr, həmcins üzvlər, qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər və cümlələr (xitab, ara sözlər, ara cümlələr), təktərkibli, cüttərkibli cümlələr, bütöv və yarımçıq cümlələr_bir çox zəngin quruluşa malik olan cümlə tipləri sintaksis şöbəsində araşdırılır, öz həllini tapır. Həmçinin sintaktik kateqoryaların məntiqi kateqoryalarla uyğun və fərqli cəhətləri aydınlaşdırılır.
    Sintaksis (syntaxis ) sözü iki terminoloji mənada_ həm dilin sintaktik quruluşu, həm də dilin sintaktik quruluşundan bəhs edən elm mənalarında islədilir. Dilin sintaktik quruluşu sözlərin söz birləşməsi və cümlə şəklində, cümlələrin mətn şəklində əlaqələnməsi qaydalarının məcmusu və sistemidir. Qrammatikanin bir şöbəsi olan sintaksis isə sözlərin söz birləşməsi və cümlə şəklində, cümlələrin mətn şəklində əlaqələnməsi və cümlələrin qurulması qaydalarından bəhs edən elmdir.
    Sözlər və cümlələr arasında əlaqə, sözlərin və cümlələrin birləşməsi sintaksisin əsas məsələsidir. Cümlələr arasında əlaqə, bağlılıq nəticəsində mürəkkəb cümlələr və sintaktik bütövlər ( mətn ) əmələ gəlir. Ona görə də sintaktik vahidlər dedikdə söz birləşməsi, sadə və mürəkkəb cümlə, sintaktik bütövlər, mətn sintaksisi nəzərdə tutulur. Mətn sintaksisi XX əsrin II yarısından etibarən Avropa dilçiliyində xususi bir sahə kimi yaranıb və sürətlə inkişaf etməyə başlayıb. Bu terminin əvəzinə “mürəkkəb sintaktik bütöv”, “mürəkkəb sintaktik tam”, “nəsr bəndi” və s. kimi terminlər də işlədilmişdir. Mətn iki və daha artıq cümlənin həm məzmun, həm də formaca əlaqələnməsi əsasında əmələ gələn nitq vahididir. Ünsiyyətə, fikir mübadiləsinə xidmət edən cümlə bitmiş fikir ifadə etsə də, bu fikir bitkinliyi nisbi xarakter daşıyır. “Cümlə onu əhatə edən cümlələr birliyində, mətn mühitində struktur-semantik xüsusiyyətlərini tam şəkildə üzə çıxara bilir. Cümlələrin müəyyən fikir ətrafında əlaqəli birliyi mətnin yaranmasına səbəb olur. Mətnin yaranmasının əsaslı qanunauyğunluqları vardır”. Mətni təşkil edən cümlələr struktur-semantik bağlılığa malikdir. Sintaksisin vəzifəsi həm də mətni araşdırmaqdan, onun xüsusiyyətlərini, qurulma mexanizmini tədqiq etməkdən də ibarətdir. Ərəb mənşəli söz olan mətn (birləşmə mənasını bildirir) möhkəm daxili struktur-semantik əlaqələrlə bağlanan cümlələr birliyindən yaranır. Bu mətnlər də özlüyündə mikro və makromətnlərə ayrılır. Mikro və makromətnlərin xüsusiyyətləri, onların qrammatik semantikası, mətni təşkil edən komponentlər arasında məntiqi-sintaktik əlaqə üsulları və s. sintaksisin məşğul olduğu məsələlərdəndir.
    Sintaksisin tedqiqat üsullarında 2 əsas metod özünü göstərir. 1) Dil hadisələrinə məntiqi kateqoriyaların ölçüləri səviyyəsində yanaşmaq;
    2) Dil hadisələrinə qrammatik kateqoriyaların ölçüləri səviyyəsində yanaşmaq.
    Bu fikirlər her şeydən əvvəl dillə təfəkkürün dialektik vəhdətindən irəli gəlir. İnsan daxili monoloqunda (buna monoloji nitq deyilir ), fikir və düsüncələrində də dillə danısır. Deməli, dilsiz təfəkkür, təfəkkürsüz dil yoxdur. Təfəkkür ümumbəsəri, dil isə milli xarakter dasıyır. Dünyada bir sey haqqında (---------------) hamı eyni cür düsünür, ancaq eyni dildə danışmır. Bu fakt dillə təfəkkürün fərqini üzü çıxarır. Həmçinin təfəkkür məntiq elminin, dil isə dilçiliyin tədqiqat obyekti, predmetidir. Bu fikirlərə aydınlıq gətirmək üçün cümlə ilə hökmün oxşar və fərqli cəhətlərinə nəzər salmaq kifayətdir. Məs : Əhməd əsgərdir. Mən müəlliməm. Hər iki cümlə hökmdür. Predikat və subyektdən ibarətdir . Cümlə üzvü kimi aydınlaşdırsaq, mübtəda və xəbərdən təşkil edilib .
    Cümlənin imkanları genişdir. O daha geniş məlumat vermək, emosinallıq, sual, əmr yaratmaq imkanına malikdir. Hökmdə isə belə xüsusiyyət yoxdur.
    Məntiq ancaq subyekt və predikatla maraqlanır. Cümlədə isə 2-ci dərəcəli üzvlər geniş imkanlara malikdir.

    Yüklə 319,77 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   116   117   118   119   120   121   122   123   ...   189




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin