Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə117/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   113   114   115   116   117   118   119   120   ...   189
2019-04-25 12-07-55

1) Vay, vay-vay, ey vay nidaları cümləyə qorxu, vahimə, təlaş, əzab, ağrı, təəssüf, qüssə mənaları verir. Məs.: Vay, vay, nə yaman yerdə axşamladım. (M.İ.). Vay, sənin gözlərin kor olsun, cəllad, Sənə demədimmi şirindir övlad?! (S.V.)
2) Ah, ax, ey vah, vah nidaları cümləyə iztirab, qəzəb, şadlıq, arzu, istehza, razılıq, həsrət mənaları verir. Məs.: Ah, duyan, düşünən nə bəxtiyardır! (S.V.) Deyəsən, şöhrəti çox sevir qadın, Ah, mənsəb!... Ah, şöhrət!... Yaranmasaydın! (S.V.) Ax, bu axşam nə gözəldir, ondakı mənaya bax! (S.V.)
3) Oho, aha, paho, pəh-pəh, bah-bah, ha-ha-ha, oxqay, can, ay can-ay can nidaları cümləyə sevinc, şadlıq, istehza, təəccüb, tərif, nəşə mənaları verir: Aha! Cürətə bax, cəsarətə bax! Aha! Baş əyməyir hüzurumda bu! (S.V.) Oho... dərdlisiniz, danışın barı! Bəh-bəh, onu doğan nə bəxtiyardır! Bizim Nizami kimi kəlamı vardır! (S.V.) Ha-ha-ha, buna bax, Çıxar qılıncını, südəmər uşaq! Bəh... bəh, nə söz var ki, pələngsən, pələng ! (S.V.)
4) Bıy (buy, boy) nidası təəccüb, sevinc, heyrət bildirir. Məs.: Bıy... Yaxşı, nə deyim mən bəxti qara? (S.V.)
5) Eh nidası etiraz, təsəlli və kədər mənalarını bildirir. Məs.: Eh... ata, nə qoyub, nə axtarırsan, Zülmün qabağında ağlarmı insan?! (S.V.) Eh... baisin evi yıxılsın, Gözlərində od qalansın! (S.V.)
6) Ehey nidası çağırış bildirir: Ehey, bəri bax! Arxadan vurmaq igidə yaraşmaz! (S.V.)
7) Of, aman, ay aman, haray, tfu nidaları qəzəb, nifrət, çağırış, yalvarış, istehza kimi mənalar bildirir: Of... Sənin gözlərin kor olsun, cəllad, Sənə demədimmi şirindir övlad?! (S.V.) Of, yazıq analar, of, yazıq vətən, Nələr çəkməmişsən bu dünyada sən?! (S.V.) Tfu... sənin üzünə! Buna bax, buna, Mən də inanmışam namərd oğluna! (S.V.) Aman... Nələr deyir qarı! Doğrudurmu bunlar barı? (S.V.) Haray, ellilər, haray, Şanə tellilər, haray! Köçümü sel apardı, Əli bellilər, haray! (Bayatı) Ay haray, köməyə gəlin, sürüyə canavar girib!
Nidalar quruluşca sadə və mürəkkəb olur. Ah, ey, of, ax, bay, pəh və s. nidalar sadədir.
Mürəkkəb nidalar eyni nidanın təkrarı və ya müxtəlif nidaların birləşməsi yolu ilə yaranır. Bəh-bəh, vay-vay, ah-ah, ey vay, ey vah, ay can, ay aman, ey dad, ay haray kimi nidalar mürəkkəbdir.
Cümlənin əvvəlində gələn nidalar yüksək tonla tələffüz edilərsə, ondan sonra nida işarəsi, ortasında gələrsə, hər iki tərəfdən vergül, cümlənin sonunda gələrsə, ondan əvvəl vergül qoyulur. Cümlənin sonunda isə intonasiyadan asılı olaraq nida işarəsi, sual işarəsi və yaxud da eyni zamanda nida və sual işarəsi qoyulur. Çağırış bildirən nidalar xitablarla işləndikdə vergül xitabdan sonra qoyulur.
Nidalar bəzən söz yaradıcılığında da (uf-ufuldamaq, vay- vayıltı, vayıldamaq) iştirak edir.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin