Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə135/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   131   132   133   134   135   136   137   138   ...   189
2019-04-25 12-07-55

I növ təyini söz birləşmələrinin təyin edən tərəfi müxtəlif nitq hissələri ilə (isimlə, sifətlə, sayla, əvəzliklə, feli sifətlə) ifadə edilərək, ayrı-ayrı məna xüsusiyyəti daşıyır, yəni milli və cinsi mənsubiyyət, qonşuluq, qohumluq, maddilik, məcazilik, peşə, sənət, vəzifə, dini rütbə, keyfiyyət, əlamət, kəmiyyət, sıra, hərəkətlə bağlı əlamət, zaman, rəng, məkan və s. bildirir. Məsələn,
1) daş balta, dəmir darvaza (əşyanın nədən hazırlandığını bildirir); 2) həkim Qəzənfər, aqronom Vaqif (peşə, sənət bildirir); 3) Mayor Səlim, kapitan Mahir (rütbə,vəzifə bildirir); 4) Əmioğlu Mehman, qonşu Adilə ( qohumluq, qonşuluq); 5) Rus İvan, gürcü Məhəmməd (milli mənsubiyyət); 6) Axund Səməd, molla Məhəmməd (dini rütbə); 7) qara köynək, qırmızı alma (rəng bildirir); 8) uzaq qohum, yaxın qonşu (ölçü, məsafə); 9) bugünkü hadisə, bildirki məhsul (zaman bildirir); 10) göydəki ulduzlar, bağdakı meyvə (məkan); 11) beş-altı adam (q-müəyyən kəmiyyət); 12) 5 adam (konkret sayını bildirir); 13) on beşinci məhəllə (sıra bildirir); 14) həmin hadisə, o adam (işarə bildirir); 15) yazılmıs məktub, yazan qız (indiki, keçmiş, gələcək zaman əlaqəsi yaradır, hərəkətlə ifadə edilən əlamət bildirir);
16) alma yanaq, bal dodaq, büllur buxaq, xan çinar və s. (məcazi mənada işlənərək bədii təyin – epitet kimi işlənir) və s.
I növ ismi birləşmənin tərəfləri ayrı-ayrı cümlə üzvü olur. Birinci tərəf, əsasən, təyin, II tərəf isə qəbul etdiyi qrammatik formalara uyğun olaraq cümlə üzvü vəzifəsini daşıyır.
Lakin bəzən I növ birləşmələri cümlə daxilində məntiqi cəhətdən parçalamaq olmur.
Cümlələri təhlil etmək:
1. Mərd olasan, bu meydanda durasan, Çox pəhləvanları yolda yorasan, Yüz əlli minarə sən qurdurasan, Heç birindən bir otaq sənə qalmaz (A.Səməd). 2. Yeddi parlaq göyə and içdi Şirin. Müqəddəs kitaba eylədi yəmin (N. Gəncəvi). 3. Qumru tək avazlı dilbər Sallar yana siyah zülfü (Miskin Əli). 4. Dərya qırağı Göyçə nə gözəldi, O ördəkdən, qazdan aldım sorağı (Şeyda Əziz). 5. Xoş növrağa, lalə üzə, Gül camala mən müştağam (Miskin Əli). 6. Əyləşib yanda bir cüt saçı sünbül, Eyləyir bir-birinə naz gözəl-gözəl (Şeyda Əziz). 7. Qoy sənə deyim İsabaladan, Dəstənin başçısı xan Eyvazdan, Başı qarlı çənli dağdan (“Koroğlu”) və s.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin