Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə143/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   139   140   141   142   143   144   145   146   ...   189
2019-04-25 12-07-55

3. Sual cümləsi. Başqasından cavab almaq məqsədi ilə işlənən cümlələrə sual cümləsi deyilir. Sual cümlələrinin özünəməxsus sual intonasiyası olur ki, onu digər cümlə növlərindən fərqləndirir. Sual cümlələrinin əmələ gəlməsində müxtəlif vasitələrdən istifadə edilir.Bundan asılı olaraq sual cümləsi 3 növə ayrılır: 1) Sual intonasiyası ilə əmələ gələn sual cümlələri. 2) Sual ədatları ilə əmələ gələn sual cümlələri. 3) Sual əvəzlikləri ilə əmələ gələn sual cümlələri. Sual intonasiyası ilə əmələ gələn sual cümləsində heç bir qrammatik vasitədən istifadə edilmir, məntiqi vurğunun hansı sözün üzərinə düşməsindən asılı olmayaraq, xəbərin son hissəsi, bir qayda olaraq, uzadılır və sual intonasiyası da bundan yaranır. Məs: Kitabı sən alıbsan? Sual intonasiyası ilə müxtəlif tipli cümlələr sual cümləsinə çevrilə bilər. Hətta əmr cümləsinin xəbərləri 1-ci və 3-cü şəxslərə aid olduqda, həmin cümlələri də sual cümləsinə çevirmək olur. Məs: Mən gedim. Mən gedim? Onlar alsınlar. Onlar alsınlar? və s. Sual cümlələrinin xəbərləri bütün fel formaları ilə, fel olmayan digər nitq hissələri ilə ifadə olunur.
Sual ədatları (mı4) ilə əmələ gələn sual cümlələrində intonasiya ilə əmələ gələn sual cümlələrindən fərqli olaraq, xüsusi intonasiyadan istifadə edilmir. Sual ədatlarının hansı sözlərdə işlədilməsi məntiqi vurğudan asılıdır.Yəni bu ədat cümlədə hansı sözün axırında işlənirsə, cümlədə diqqətə çatdırılan əsas məsələ də həmin sözlə əlaqədar olur. Məs:Bu məktubu Mədinəmi yazmışdır? İstər sual intonasiyası, istərsə də sual ədatı ilə əmələ gələn sual cümlələrində müəyyən olmayan bir şeyin meydana çıxarılması deyil, müəyyən bir əşyanın, əlamətin, hərəkətin təsdiqi və inkarı soruşulur. Belə tipli sual cümlələrin cavabı söz-cümlə ilə ifadə olunur və tam cavab kimi səciyyələndirilir.Lakin həmişə belə olmaya da bilər, yəni bütöv şəkildə də ifadə oluna bilər. Məs.: Sən dərs danışacaqsanmı? Bəli, mən dərs danışacağam. Sual əvəzlikləri ilə yaranan sual cümlələri daha çox yayılan cümlələrdəndir. Sual cümlələrinin bu növündə gah subyekt, gah obyekt, gah zaman, gah məkan, gah da predikat məlum olmur, sual əvəzlikləri ilə həmin məlum olmayan hadisələr, hal və hərəkətlər, zaman və məkan və s. meydana çıxır. Sual cümlələrində işlədilən sual əvəzlikləri cavabda nəzərdə tutulan cümlə üzvlərini əvəz edir, əvəz etdiyi cümlə üzvlərinin xüsusiyyətlərini qəbul edir. Bu cümlələrdə məntiqi vurğu sual bildirən sözlərin üzərinə düşür. Cavab cümlələri bəli, yox, xeyr sözləri ilə ifadə edilə bilməz. Sual cümlələrində digər sual ədatlarından (ki, bəs, məgər) da istifadə edilir. Lakin əsas vasitə hesab olunmur, sadəcə olaraq təsir qüvvəsini artırır. Məs.: Bəs mən niyə sevinə bilmirəm? Sual cümlələrinin bir növü də cavab tələb etməyən cümlələrdir. Bunlar ritorik sual və ya bədii sual adlanır. Əsas məqsəd isə ifadənin təsir gücünü artırmaqdadır. Məsələn, Dilbəra, mən səndən ayrı təndə canı neylərəm?! (İ.Nəsimi) Yarəb, zəmanə həqqinə mən neylədim ki, Ol məndən cəfavü cövr ilən ayırdı yarımı?! (İ.Nəsimi) Qızılgül, bağü bustanım, nə dersən, Fəda olsun sənə canım, nə dersən?! (Ş.İ.Xətai) Niyə açdın, ay bənövşə, dərənin ki yoxdu sənin?!

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin