Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə144/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   140   141   142   143   144   145   146   147   ...   189
2019-04-25 12-07-55

4. Əmr cümləsi. Əmr, xahiş, arzu, istək, tələb, təhrik, yalvarış, öyüd, nəsihət və s. bildirir. Qəti əmr ifadə edən cümlələr rəsmi əmrlərdə, qərarlarda, göstərişlərdə, hərbi əmrlərdə işlədilir. 1) Qəti əmr bildirir: Tez olun,tutun Eldarı Ona da göstərin daş zindanları (S.Vurğun) 2) Arzu, istək bildirir: Yastığında gül açsın, Yorğanında bənövşə (Layla) 3)Yalvarış, xahiş, rica bildirir: Ovçu, insaf eylə, keçmə bu düzdən, O çöllər qızını ayırma bizdən (S.Vurğun) 4) Öyüd, nəsihət bildirir: Keçmə namərd körpüsündən, qoy aparsın sel səni. Yatma tülkü kölgəsində, qoy yesin aslan səni. Əmr cümlələrinin xəbərləri felin əmr forması ilə ifadə olunur və əmr daha çox 2-ci şəxsə edilir, fikir obyektə birbaşa çatdırılır. 3-cü şəxslə ifadə olunan əmr cümlələrində əmr obyekti həmsöhbət kimi qeyd edilmir. Əmr və qərarlarda əmr cümləsinin bu tipindən daha çox istifadə olunur və xəbər felin məchul növündə olur. Əmr cümləsinin xəbərləri bəzən felin başqa formaları ilə də ifadə olunur.Vacib formaları ilə ifadə daha çox üstünlük təşkil edir. Məsələn, Bu gün düşmən səngərlərini keçməlisiniz. Xəbəri felin xəbər forması ilə ifadə olunan cümlələr də bəzən əmr cümləsi kimi işlənə bilər. Məsələn, Gecə iki nəfər kəşfiyyata gedərsiniz, tez bir zamanda yığdığınız məlumatı qərargaha çatdırarsınız. Bəzən əmr cümlələri məsdərlərlə və məsdər tərkibləri ilə ifadə olunur. Məsələn, Öldürmək olmaz, saxlamaq!
Başqa nitq hissələrinə aid olan sözlər və birləşmələr də əmr cümləsi yarada bilir. Məsələn, İrəli! Hücum! Atəş! Arxamca! Əmr cümlələrində əmr ədatlarından da istifadə edilir, lakin elə bir ciddi funksiya daşımır.
5. Nida cümləsi. Hiss, həyəcan bildirir. Belə cümlələr sual və əmr cümlələrinin əsasında yaranır və həmin cümlə növünün ümumi xüsusiyyətlərini müəyyən dərəcədə özündə saxlayır. Ona görə də sual və nida işarələrinin ikisi də cümlənin sonunda işlədilir. Məsələn, 1) Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan?! 2) Şair,nə tez qocaldın sən?! Nida cümlələri heyrət, təəcüb, şübhə, nifrət, qəzəb, kin, sevinc, mərhəmət, rəhm, qəm, kədər, qüssə və s. kimi hiss və duyğuları ifadə edir. Bədii üslubda nida cümlələrindən daha çox istifadə edilir. Xüsusən romantik əsərlərdə, şerlərdə, dram əsərlərində daha çox işlədilir. Nida cümlələri emosianal mənalarla bağlı olan intonasiya ilə meydana çıxır. Nida cümlələrində sual əvəzliklərindən də istifadə edilir və sual məqsədi daşımır, cümləyə emosianal çalar qazandırır. Məsələn, Sevgi insanın başına necə oyunlar açarmış! Nida cümlələrinin yaranmasında nidalardan da geniş şəkildə istifadə edilir və əsas əlaməti sayılır. Ona görə də nida cümləsinin adı da onun nidalara bu qədər yaxın məna əlaqəsində olması ilə bağlıdır. Məsələn, 1) Of, Fəxrəddin, bu qədər namərdlik olmazdı,s ən etdin! 2) Tfu, sənin təxtinə, ey çərxi-fələk, Daşdan yaranmamış, ətdəndir ürək! (S.V.) Nida cümlələrin əmələ gəlməsində xitablardan da istifadə edilir. Artıq xitablar belə cümlələrdə əsl müraciət obyekti yox, bədii priyom kimi işlədilir. Sözlərin təkrarı da nida cümlələrinin yaranmasında iştirak edir: Məsələn, Od tökür, od tökür günəş ağzından. Torpağın nəfəsi təngiyir hərdən (S.V) Dediyimiz bütün vasitələr nida cümlələrində intonasiya ilə yanaşı işlənir.



Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin