Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə147/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   143   144   145   146   147   148   149   150   ...   189
2019-04-25 12-07-55

Xəbərin mahiyyəti və ifadə üsulu
Xəbər baş üzv olaraq qrammatik cəhətdən mübtədaya tabedir. Bu tabelilik isə xəbərin uzlaşmasında öz ifadəsini tapır. Xəbərin cümlədə əsas vəzifəsi mübtədada ifadə olunmuş əşyanın əlamətini açmaqdan ibarətdir.Yəni icarçının hərəkət və vəziyyətini, nə kimi xüsusiyyət və keyfiyyətə malik olduğunu xəbər özündə əks etdirir. Bəzən dilçilikdə predikatla xəbər arasındakı fərq nəzərə alınmır. Halbuki subyekt və predikat məntiqi, mübtəda və xəbər isə qrammatik kateqoriyalardır. Eyni vəziyyyət xəbərlə felin şərhində də özünü göstərir. Lakin xəbərlə feli qarışdırmaq olmaz. Belə ki, xəbər mübtəda ilə ifadə edilən əlaməti, hərəkəti, vəziyyəri və s. bildirir, fel isə ancaq iş, hal, hərəkət bildirir. Bu fakt xəbərin sintaktik, felin isə morfoloji kateqoriya olması ilə əlaqədardır. Həmçinin xəbər vəzifəsində çıxış etmək, əsasən, felə xas olan əlamətdir. Lakin onu da nəzərə almaq lazımdır ki, başqa nitq hissələri də xəbər vəzifəsində çıxış edir. Bu da fellə xəbəri fərqləndirən əlamətlərdəndir. İstər fellə. istərsə adlarla ifadə edilən xəbər mübtədaya aid olan hərəkət və hökmü bildirir, onu ya təsdiq, ya da inkar edir, həqiqətə və başqalarının fikirlərinə münasibətimizi açıqlayır. Bütün bunlar xəbərdə ya morfoloji əlamətlə, ya da sintaktik üsulla meydana çıxır. Xəbərin morfoloji üsulla ifadəsi Azərbaycan dilində daha geniş əksini tapır. Bu üsul cümlədə hər hansı bir hökmü təsdiq və inkar etmək məqsədi ilə sözlərin sonuna artırılan xəbərlik şəkilçilərinin bütün nitq hissələrinə, həmçinin söz birləşmələrinə artırılması nəticəsində meydana çıxır. Məsələn, Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi (N.Gəncəvi). Aşiqəm, əmrini ver aşiqi-nalanə, gülüm (N.Gəncəvi). Ayüzlü nigarım, kimə mehman olacaqsan?! (N.Gəncəvi) Zülmkar çapırsa yersiz atını, Yalvarıb qadasın almağa dəyməz. (R.Kərimli) 5) Mən cahan mülkündə mütləq doğru halət görmədim. Hər nə gördüm, özgə babət görmədim (M.P.Vaqif) və s.
Xəbərin sintaktik üsulla ifadəsində sözlərin sırası və intonasiya əas rol oynayır. Belə tipli xəbərlər əsasən felin əmr şəklinin II şəxsinin təki ilə ifadə olunan feli xəbərlər, müqayisə nəticəsində subyektin iştirakı vacib sayılan ismi xəbərlər, emosional təsir məqsədi ilə əlaqədar bəzi frazeoloji ifadələr (atalar sözü, idiomlar, zərb-məsəllər), var, yox, lazım, gərək, mümkün, deyil sözləri ifadə olunan ismi xəbərlər hesabına yaranır. Məsələn, 1) İtil gözlərimdən, bivəfa yarım (S.Vurğun). 2) İndi get, saray həyatını büsbütün tərk et! (S.Vurğun)
3) Dost dosta tən gərək, tən olmasa, gen gərək (Atalar sözü). 4) Mən qarışmam, nəmə lazım (H.Cavid). 5) Qəzadan riza gərək (Atalar sözü). 6) Qələmin ucu, qılıncın gücü (Atalar sözü) 7) Oğul paşa, qız tamaşa. (Atalar sözü) 8) Aşıq harda, məclis də orda. 9) Qəlbimdə min dürlü kədərim var və s. Bir məsələni də qeyd edək ki, xəbərlərdə inkarlıq kateqoriyası da iki formada _ həm morfoloji, həm də sintaktik üsulla meydana çıxır. Feli xəbərlərin inkarlığı, əsasən, morfoloji üsulla, yəni –ma2 inkarlıq şəkilçisi, bir də nə inkar bağlayıcısı ilə, ismi xəbərlər isə yalnız sintaktik üsulla _ deyil sözləri ilə ifadə olunur.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin