1) Ki bağlayıcısı ilə bağlananlar: 1.Ürəyimdən keçir ki, o da bu qızlar kimi geyinə. 2. Üç gün idi ki, Sona xala heç nə yeməmişdi. 2) İntonasiya və bağlayıcı sözlə: 1. Kim razıdır, əlini qaldırsın (M. Ibrahimov). 2. Kim qaranlıqdan qorxmur, mıxçanı o basdırsın.
3) Şərt şəkilçisi və bağlayıcı sözlə bağlananlar: 1. Kim xalqın mənafeyinə zidd getsə, məndən aman gözləməsin. Azərbaycan dilində mübtəda budaq cümləli tabeli mürəkkəb cümlələrdə bəzən baş cümlə budaq cümlədən əvvəl, bəzən də budaq cümlə baş cümlədən əvvəl gəlir. Baş və budaq cümlələrin tərkib daxilindəki bu mövqeyi mübtəda budaq cümləsinin 2 tipini formalaşdırır.
I Budaq cümlə baş cümlədən qabaq işlənir və bağlayıcı sözlə baş cümləyə bağlanır. Baş cümlədə isə bağlayıcı sözə müvafiq gələn adlıq halda əvəzlik işlənir ki, o da mübtəda vəzifəsini icra edir. Baş cümlədə əvəzlik işlənməyə də bilər, nəzərdə tutulur. Budaq cümlədə kim (ki), hər kim (ki), hər kəs(ki), nə, hər nə (ki) və s. baglayıcı sözlərlə bərabər, bəzən –sa2 şəkilçisi də işlənə bilər. Məsələn,1) Kim qalib gəlsə, o, mükafat alacaq. 2) Hər kim ki tökülən qan izini kəsəcək, o, dahidir. 3) Hara göndərsələr, ora mənim ikinci vətənimdir. 4) Kim istəyirsə, getsin. 5) İndiyə qədər hər kim ki əjdaha ilə vurusmağa getmişdi, xəbər- ətər yoxdur.
II Mubtəda budaq cümləsinin bir qismi baş cümlədən sonra gəlir, əsasən ki bağlayıcısı ilə bağlanır. Baş cümlədə bəziləri mübtəda o, bu, eləsi, beləsi, elələri, belələri, orası, burası, bəziləri, necələri, neçəsi, çoxusu, orası, burası və s. əvəzlikləri ilə ifadə olunmuş mübtədalar özündən sonra daha çox sual tələb etməyən “” var “ sözü ilə ifadə olunan ismi xəbərlər, bəzən də “olmaq “ feli ilə ifadə olunan feli xəbərlər tələb edir. Budaq cümlə əvəzliklə ifadə olunan mübtədaları aydınlaşdırır, izah edir. Məsələn,
1) Elələri də var ki, yaxşıların yaxşılığını tez unudur.
2) Orası da qəribə idi ki, Cahandar ağa çox sakit görünürdü.
3) Çoxlarıda var ki, yeməyə yavan çörək tapmır.
4) Bəziləri var ki, yağ yeyər, balı bəyənməz.
5) Neçələri var ki, aylarla rəisin qəbuluna düşə bilmir.
6) Bir şey maraqlıdı ki, Səriyyə xala hələ də oğlundan, nəvəsindən ayrı yaşayırdı.
Mübtəda budaq cümləsinin bir qismində baş cümlədən sonra gələn budaq cümlə baş cümlədə olmayan mübtədanı əvəz edir, intonasiya və ki bağlayıcısı ilə bağlanır. Məsələn,
1) Gözəl, sənə məlum olsun, Alışıban yanıram mən (A. Ələsgər). 2) Gözəllərdə qaydadır, Üz pörtər, sinə bağlar (A.Ələsgər). 3) Bir də xəyalından gəlib keçdi ki, O da Emirxansız şad olub gülməz (S.V.).
Dostları ilə paylaş: |