Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə182/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   178   179   180   181   182   183   184   185   ...   189
2019-04-25 12-07-55

3) Yer budaq cümləsi. Yer budaq cümləsi baş cümlədəki icra edilən hərəkət və hökmün yerini bildirir, haraya, harada, haradan suallarından birinə cavab olur. Çünki baş cümlədə işlənmiş olan işarə əvəzliyi ancaq ismin 3 məkani halında – yönluk, yerlik və çıxışlıq hallarında ifadə oluna bilir.Yer budaq cümləsi baş cümləyə haraya, harada (ki) haradan (ki), o yerə ki, o yerdə ki, o yerdən ki bağlayıcı sözlərlə bağlanır, baş cümlədə isə onlara müvafiq gələn qarşılıq söz – əvəzlik işlənir. Məsələn, 1) O yerdə ki təmizlik var, orada xəstəlik olmaz. 2) Hara yolun düşsə, Sevdalı Həsən, İnsanı axtaraq, insanı gəzək. 3) Harada aş, orda baş (Atalar sözü). 4) O yerdə ki ürək var, məhhəbət var, orada xoşbəxt yaşayış da var. 5) Hər yerdə ki vardır əzəmət, qəhr ilə dəhşət, Hakimdir o yerlərdə su qarşıdakı xilqət (H.Cavid).
Yer budaq cümləli tabeli müürəkkəb cümlələrdə bəzən baş cümlədəki qarşılıq söz işlənmir. Məsələn, 1) Tahir hara göz gəzdirdisə, nəhəng neft buruqları göründü.
Bəzən yer budaq cümləsində hansı bağlayıcı sözündən də istifadə edilir, baş cümlədə isə qarşılıq sözlərdən biri işlənir. Məsələn, Bu qız hansı evə gəlin getsə, orada qiyamət qopacaq.
Səbəb budaq cümləsi. Səbəb budaq cümləsi baş cümlədəki nəticənin səbəbini bildirir, niyə?, nə üçün?, nə səbəbə?, nəyə görə?, nədən ötrü? suallarından birinə cavab olur. Bu tipli mürəkkəb cümlələrdə baş cümlələr həm feli, həmdə ismi xəbəri olur. Səbəb budaq cümləsi həmişə səbəbi, baş cümlə isə həmin səbəbdən yaranan nəticəni bildirir. Ona görə də budaq cümlədəki iş, hal-hərəkət baş cümlədəki iş və prosesdən əvvəl baş verir. Məs.:1) Uşaqlar sevinirdilər, çünki mükafat almışdılar.
Səbəb budaq cümləsinin 2 tipi var:
I tip. Baş cümlə əvvəl, budaq cümlə sonra gəlir və bu tip Azərbaycan dilində daha çox işlənir. Budaq cümlə səbəb bağlayıcıları ilə (çünki, ona görə, buna görə, onun üçün, bunun üçün) baş cümləyə bağlanır. Həmin bağlayıcılardan çünki bağlayıcısından başqa, digərləri baş cümlənin tərkibində qəlib kimi də işlənə bilər. Məsələn, 1) Bu çiçəklər onun üçün gözəldir ki, onları sənin kimi çiçək bəsləmiş (C.C). 2) Bahar döyülməyə də dözürdü, çünki gedəsi yeri yox idi. 3) Biz ondan ötrü bu zülmə boyun əydik ki, siz azad yaşadınız.
Səbəb budaq cümləsinin bu tipində bəzən bağlayıcılar iştirak etmir, budaq cümlə baş cümləyə yalnız tabeedici intonasiya ilə bağlanır. Məsələn,
Yar yanında günahkaram, Doğru sözüm yalan oldu. Yürüş etdi qəm ləşkəri, Könlüm şəhri talan oldu (A.Ələsgər).
Səbəb budaq cümləsinin bu tipi baş cümləyə ki bağlayıcısı ilə də bağlanır: 1. Sən xoşbəxsən ki, müstəqil bir ölkədə yaşayırsan. 2. Çox ağıllı iş görmüsən ki, ədalətə təslim olmusan. 3. O sevinirdi ki, ilk günlərdə olduğu kimi, daha onun üzünü danlamırdılar (M.Cəlal) və s. Ki bağlayıcısı konkter olaraq səbəb məzmunu ifadə etməyindən əksər hallarda səbəb məzmunu ifadə edən əvəzlik qəliblərlə (ona görə, buna görə, ondan ötrü, bundan ötrü, onun üüçün, bunun üçün, o səbəbə, bu səbəbə və s.) işlənir və budaq cümlə vasitəsilə həmin sözlərin mənası dəqiqləşdirilir. Məsələn, Torpaqda ona görə bitki bitmir ki, onun altı qızıl küpləri ilə doludur (Ə.Vəliyev). Kəndimə ona görə bağlıyam ki, uşaqlıq illərim, atalı-analı günlərim orada keçib.
II tip. Budaq cümlə baş cümlədən əvvəl gəlir. Bu cür sıralanmada səbəblə nəticənin yeri düzgün müəyyənləşir, yəni əvvəl səbəb, sonra nəticə gəlir. Budaq cümlə baş cümləyə necə, nə bağlayıcı sözü, -sa,-sə şəkilçisi ilə bağlanır: Məsələn, 1.Yastı Salman Rüstəm kişinin qulağına dedisə, kişi hirsindən dodaqlarını gəmirdi, qəzəbli nəzərlərlə Şirzada baxdı.(M.İ) Nə düşündüsə, tələsik evə qaçdı (M.Cəlal). Lətifə astadan nə dedisə, Tahir özünü saxlaya bilməyib ucadan güldü (M.Hüseyn). Eşq atəşi Şeyx Sənanı necə yandırmışdısa, o, boynuna xaç asmağa, donuz otarmağa razı oldu. Səbəb budaq cümləsinin bu tipi bəzən baş cümləyə intonasiyanın köməyi ilə bağlanır. Məsələn, Qartal, o zirvədən belə düş, belə, İnsanam, o zirvədə mən dayanmalıyam (R.Kərimli).
Səbəb budaq cümləsinin bu tipində bəzən budaq cümlənin daxilində məntiqi vurğulu sözdən sonra ki ədatı işlənir və budaq cümlə baş cümləyə ki ədatı və intonasiya ilə bağlanır. Məsələn, Bu qədər ki onun yolunda əziyyətlər çəkmisən, yəqin ki, taleyinə lənətlər oxuyursan (F.Kərimzadə). Sən ki son nəfəsdə Vətəni andın, Çayların axını dayandı bir an (S.V). O yaxşılığı ki sən mənim ailəmə eləmisən, ölənə qədər sənə borcluyam (danışıqdan). Yoldas müstəntiq, siz ki mənə etibar etdiniz, inandınız, ümidinizi doğruldacağam.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin