Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə27/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
Şöbə: “Müalicə işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci
23
Bundan başqa dəmiryol, su nəqliyyatı vasitələrindən də istifadə olunur. Su nəqliyyat vasitələrindən 
istifadə zamanı kayutların arasındakı arakəsmələr yaralıların xərəklərlə daşınmasına mane olmaması 
üçün sökülür. İlk növbədə xərəkdə olan xəstələr, sonra gəzə bilən xəstələr mindirilir. Hava nəqliyyat 
vasitələrindən istifadə edərkən onların tibbi avadanlıqlarla təmin olunması vacibdir. Bu məqsədlə 
təyyarələrin salonlarında xərəklər, sanitar təsərrüfat avadanlıqları, tibbi təchizat üçün yerlər təşkil 
olunur. Ən rahat içərisində reanimasiya – cərrahiyə otağı olan AH-26 M ―xilasedici‖ təyyarədir. 
Fəlakət zonalarında uzun illər çalışan mütəxəssislərin rəyinə görə yaralıların yanğın və dağıntılar 
altından çıxarılması həm texniki, həm də təşkilatı baxımdan çətinlik törədir. Bu halda nəqliyyat 
vasitələri yaralının yerləşdiyi əraziyə daxil ola bilmir və onlar yalnız xilasedicilər tərəfindən xərəklərlə 
daşınırlar. Yaralıların daşındığı yer nəqliyyat vasitələrinin gələ bilməsi üçün rahat olmalı, dağıntı, 
yanğın zonasından bir qədər aralıda olmalıdır. Yaralılara xidmət göstərmək üçün sanitar dəstələrdən 
yaxud təcili tibbi yardımdan, feldşerlərdən ibarət tibbi personal ayrılır. Həmin yerdə təxirəsalınmaz 
yardım göstərilir. Təxliyyə nəqliyyat çeşidlənməsi aparılır. Daşınma meydançası təşkil olunur. 
Dəmiryol vasitəsilə daşınma zamanı yaralıların qatarlara minə bilməsi üçün sadə qurğulardan-
girəcəklərdən, kiçik körpülərdən istifadə olunur. Hava şəraiti pis olduqda yaralıların qardan, yağışdanŞ 
soyuqdan qorunma tədbirləri görülür. İmkan dairəsində yaralıların soyad siyahısı tutlur, altından 
nəqliyyatın növü, nömrəsi yazılır. Xəstələrin psixi oyanma vəziyyətindən asılı olaraq onların 
nəqliyyatdan yıxılma təhlükəsinin qarşısını almaq üçün onlar fiksasiya olunmalı və bəzən də sedativ 
dərmanlardan istifadə etməklə yatızdırılmalıdırlar. Evakuasiya ―özünə‖ və ―özündən‖ prinsipi üzrə 
həyata keçirilir. İmkan daxilində yaxşı olar ki, nəqliyyatın yüklənməsi bir profilli olsun. Evakuasiyanı 
nəinki istiqamətə, həmçinin təyinata görə asanlaşdırmaq lazımdır. 
Bu məqsədlə yarımstansiyaların dispetçeri ilə əlaqə saxlamaq üçün təcili tibbi yardım 
maşınlarında kiçik radiosatnsiyalar quraşdırılır. Bu da digər maşınlara müalicə müəssisələrinin 
zədələnmə ocağına yaxın olması haqda məlumat vermək üçün vacibdir. 
Beləliklə, fövqəladə hallar zamanı tibbi təxliyyə təminatı tibbi vasitələrin əsas xidməti 
vəzifələrin düzgün və vaxtında yerinə yeritilməsidir. Bunun yolu mütəxəssislərin, tibb işçilərinin öz 
hərəkətinə, biliklərinə inamı, əhalinin fövqəladə hallar zamanı özünə və qarşılıqlı yardıma hazır 
olmasındadır. 



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin