Paralel proyeksiyalamada
proyeksiyalayıcı şüalar bir – birinə paralel olur.
Proyeksiyalayıcı şüaları çəkmək üçün müəyyən bir istiqamət verilməlidir.
İxtiyari yastı fiqiurun paralel proyeksiyasını qurmaq üçün verilmiş fiqurun
təpə nöqtələrindən S istiqamətinə paralel olan proyeksiyalayıcı şüalar çəkilir. Bu
şüalar ilə ɑ müstəvisinin kəsişmə nöqtələri (A´,B´,C´.......Z´) verilən fiqurun təpə
nöqtələrinin paralel proyeksiyaları olur. Cisimlərin üzərinə düşən günəş
şüalarından alınan kölgələri paralel proyeksiyalamaya misal göstərmək olar. Belə
proyeksiyalamadan əyani təsəvvürü qurmaq üçün rəsmxətdə geniş istifadə edilir.
şəkil 2
Paralel proyeksiyalama öz növbəsində iki qrupa ayrılır: çəpbucaqlı və
düzbuçaqlı papalel proyeksiyalama. çəpbucaqlı proyeksiyalamada proyeksiya
şüaları ɑ müstəvisi ilə iti bucaq əmələ gətirir.
Düzbucaqlı proyeksiyalamada
proyeksiyalayıcı süalar proyeksiya
müstəvisinə perpendikulyar götürülür, yəni proyeksiya şüaları proyeksiya
müstəvisi ilə 90
0
bucaq əmələ gətirir. Bu növ proyeksiyalama ortoqonal
proyeksiyalama kimi də tanınır.
Fəzada verilmiş ixtiyari üçbucağın ɑ müstəvisinə perpendikulyar olan
proyeksiyalayıcı şüalar çəkilir. Bu şüaların ɑ müstəvisi ilə kəsişməsindən alınan
A´, B´ və C´ nöqtələri verilmiş üçbucağın təpə nöqtələrinin düzbucaqlı
proyeksiyaları olur. Bu nöqtələr düz xətt parçası ilə birləşdirərək, verilmiş
üçbucağın A´B´C´ düzbucaqlı proyeksiyasını almaq olar. Bu proyeksiyalama
üsulundan rəsmxətdə geniş istifadə edilir və bu üsul Qaspar Monj üsulu kimi
tanınır. Düzbucaqlı paralel proyeksiyalamanın aşağıdakı üstünlükləri var.
1.
Digər metodlardan fərqli olaraq düzbucaqlı proyeksiyalamada cisimlərin
proyeksiyalarının qurulması sadədir.
2.
Cisimlərin düzbucaqlı proyeksiyaları onların ölçüləri haqqında tam məlumat
verir.
Bilirik ki, hər bir mürəkkəb cisim saadə həndəsi elementlərdən təşkil
edilmişdir. Buna görə də, texniki çertyojların tərtibinə başlamazdan əvvəl nöqtə,
düz xətt, müstəvi və sadə fəza fiqurlarını düzbucaqlı proyeksiyalarının qurulması
öyrənilir.
|