37. Sənayedə ixtisaslaşmanın formalarına aid edilmir: A)) mexaniki ixtisaslaşma;
B) əşya üzrə ixtisaslaşma;
C) detal üzrə ixtisaslaşma;
D) texnoloji və ya mərhələli ixtisaslaşma;
E) köməkçi istehsalların ixtisaslaşması.
38. İxtisaslaşma səviyyəsinin göstəricilərinə aid edilmir: A)) faydalılıq əmsalı;
B) istehsalı əhatə əmsalı;
C) ixtisaslaşma əmsalı;
D) detal üzrə ixtisaslaşma əmsalı;
E) buraxılan məhsulun nomenklaturası və çeşidinin genişliyi.
39. Müəssisənin istehsal, idarəetmə və xidmətedici bölmələrinin tərkibi və qarşılıqlı əlaqəsi nəyi əmələ gətirir: A)) təşkilati strukturunu;
B) istehsal tsiklini;
C) texnoloji strukturunu;
D) sahə quruluşunu;
E) istehsal quruluşunu.
40. Sənaye müəssisələrinin istehsal strukturunun üç tipi bunlardır: A)) əşya, texnoloji, qarışıq;
B) mexaniki, texniki, qarışıq;
C) əşya, mexaniki, qarışıq;
D) texniki, texnoloji, əşya;
E) qarışıq, müxaniki, texnoloji.
41. Sənaye müəssisələrinin istehsal strukturuna təsir edən amillərə aid edilmir: A)) məhsulun çeşidi, keyfiyyəti və satışı;
B) müəssisənin sahə mənsubiyyəti;
C) məmulatın konstruksiyasının sadəliyi;
D) avadanlıq və texnoloji tərtibatların tərkibi;
E) avadanlığa xidmətin, onun cari təmirinin təşkili.
42. Müəssisədə işləyənlərin istehsal heyyəti kateqoriyasına daxil edilmir: A)) yardımçı təsərrüfat işçiləri;
B) fəhlələr;
C) mühəndis texniki işçilər;
D) qulluqçular;
E) şagirdlər.
43. Müəssisənin işinin səmərəliliyinə insan amilinin təsirinin əsas tərəflərinə aid edilmir: A)) işçilərin sağlamlığının təmin edilməsi;
B) kadrların seçilməsi və irəli çəkilməsi;
C) kadrların hazırlanması və onların fasiləsiz öyrənilməsi;
D) işçilərin tərkibinin sabitliyi və çevikliyi;
E) işçilərin əməyinin qiymətləndirilməsinin təkmilləşdirilməsi.