23.Müəssisənin mənfəətinin mahiyyəti belə ifadə olunur: A)) müəssisənin gəliri ilə maya dəyərinin fərqi;
B) müəssisənin gəliri ilə əmək haqqının fərqi;
C) məhsulun maya dəyəri ilə əmək haqqının fərqi;
D) məhsulun maya dəyəri ilə əmək haqqının cəmi;
E) müəssisənin gəliri ilə maya dəyərinin cəmi.
24. Adi səhmlər səhmdar cəmiyyətin nizamnamə kapitalının: A)) 75%-dən az ola bilməz;
B) 100%-ni təşkil etməlidir;
C) 50%-dən çox ola bilməz;
D)25%-dən çox ola bilməz;
E) hədd qoyulmur.
25. İmtiyazlı səhmlər səhmdar cəmiyyətin nizamnamə kapitalının: A)) 25%-dən çox ola bilməz;
B) 50%-dən çox olmalıdır;
C) 25%-dən çox olmalıdır;
D)75%-dən az ola bilməz;
E) 100% təşkil edir.
26. Müəssisənin ölçüsünü təyin etmək üçün istifadə olunan əsas göstərici hansıdır: A)) işçilərin sayı və illik dövriyyəsinin həcmi;
B) işçilərin sayı və avadanlıqların miqdarı;
C)satışın həcmi və quruluşu;
D) müəssisə aktivlərinin dəyəri, işçilərin sayı;
E) müəssisənin qazandığı mənfəətin həcmi.
27.Qeyd edilənlərdən müəssisənin daxili mühitinə aid edilməyən hansıdır: A)) istehlakçılar;
B) müəssisənin heyyəti;
C) istehsal vasitələri;
D) müəssisənin pul vəsaiti;
E)məhsul.
28. Qeyd edilənlərdən müəssisənin xarici mühitinə aid olunmayanı hansıdır: A)) istehsal;
B) mərkəzi və yerli hakimiyyət;
C) malgöndərənlər;
D) əhali;
E) istehlakçılar.
29. İstehsal müəssisələrinin əsas funksiyasına aid olmayan hansıdır: A)) məhsulun maya dəyərini müntəzəm olaraq yüksəltmək;
B) müəssisədə idarəetmənin və işçilərin əməyinin təşkili;
C) məhsula satışdan sonrakı xidmət;
D) müəssisədə istehsalın maddi –texniki təminatı;
E) istehlakçıya məhsulun satılması və çatdırılması.