Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə39/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   35   36   37   38   39   40   41   42   ...   185
Pedaqogika İMTAHAN

Pedaqoji prosesin elmiliyi ilə əlaqədar qanunauyğunluq. Elmiliklə əlaqədar da qanunauyğunluq vardır. Bu qanunauyğunluq pedaqoji prosesin bütün sahələrini: məzmununu, üsullarını, təşkili formalarını və s. əhatə edir. Təlimə nəzər salaq. Tədris planları əsasında tədris proqramları və dərsliklər tərtib edilərkən elmdə isbat olunmuş fikirlər və faktlar nəzərə alınır.

Bununla yanaşı, müəllim növbəti məşğələyə hazırlaşarkən müvafiq elmdə və texnika sahəsində əldə olunmuş elmi nailiyyətlərə də xüsusi diqqət yetirir, şagirdləri (tələbələri) elm və texnikanın son nailiyyətlərinə qovuşdurur. Tərbiyəvi tədbirlərdə də belədir.

Pedaqoji proses zamanı hansı üsullardan istifadə etməli? Pedaqoji prosesi necə təşkil etməli? Bu cür suallara müəllimin (digər tərbiyəçinin) əsaslandırılmış cavabı, nə üçün məhz seçdiyi üsulları tətbiq edəcəyini, nə üçün pedaqoji prosesi məhz düşündüyü kimi təşkil edəcəyini sübuta yetirməsi elmiliklə bağlıdır. O, bu cür hallarda müvəffəqiyyət qazanır.

Məşğələni necə gəldi təşkil edən, alışdığı üsuldan əl çəkməyən, atdığı metodik addımın elmi əsası ilə maraqlanmayan müəllim (digər tərbiyəçi) pedaqoji işdə çətin uğur qazanır.

Pedaqoji prosesin elmiliyi onun ardıcıl və sistemli qurulma- sında da özünü göstərir. Tədris planına əsasən təhsil müddə- tində müxtəlif fənlərin öyrənilməsində, habelə ayrı-ayrı fənlər üzrə tədris proqramlarında və dərsliklərdə materialların düzülüşündə ardıcılıllıq və sistemlilik gözlənilir. Bu xüsusiyyət ayrı-ayrı məşğələlərdə də müşahidə olunur.

Deməli, burada müəyyən qanunauyğunluq var: Pedaqoji prosesin məzmunu gedişi elmi cəhətdən qədər əsaslı olursa mənimsəmənin səviyyəsi bir o qədər yüksəlir. Həmin qanunauy- ğunluğun qanun forması: pedaqoji prosesin məzmununun gedişinin elmiliyi qanunu.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin