MüNDƏRİcat


Osmanlı və müasir türklər



Yüklə 1,64 Mb.
səhifə61/100
tarix02.01.2022
ölçüsü1,64 Mb.
#1945
1   ...   57   58   59   60   61   62   63   64   ...   100
Osmanlı və müasir türklər

araşdırmaları kafedrasının konrfansları
4-cü Beynəlxalq Konfrans

(11-12 sentyabr 2010, Bloomington, ABŞ)
Türklər və İslam
11-12 Sentyabr 2010-cu ildə Amerika Birləşmiş Ştatlarının İndiana Universitetinin Osmanlı və müasir türklər araşdırmaları kafedrası Turks and Islam adlı beynəlxalq konfrans keçirmişdir.

Türk xalqlarının İslamla qarşılıqlı təsirlərinin müxtəlif aspektlərinin tədqiqinə həsr olunmuş konfransda yalnız Türkiyə, Çin və Azərbaycan türk­lə­ri ilə bağlı ayrıca bölmələr ayrılmışdı. Orta Asiya türk xalqları ilə bağlı mə­ruzələr isə ümumi bölmədə dinlənildi.



Azərbaycanda İslam (Islam in Azerbaijan) adlı bölmədə “İranın islam mə­dəniyyətinin və cəmiyyətinin inkişafında və formalaşmasında cənubi Azər­­baycan intellektuallarının rolu” (“The Role of Southern Azerbaijani In­tel­lectuals in the Development and Formation of the Iranian Islamic Culture and Society”) adlı məruzə ilə İndiana Universitetinin professoru Shahyar Daneshgar, “Azərbaycanda İslam və musiqi: antik dövrdən müasir dövrə qədər” (“Islam and Music in Azerbaijan: From Antiquity to Modernity”) adlı məruzə ilə Bakı Musiqi Akademiyasının müəllimi Dr. Aida Huseynova və “Şərqi İslam yarımkürəsində Səfəvi türkləri və şiə islamı (“Safavid Turks and Shi’a Islam in the Eastern Islamic Hemishphere”) adlı məruzə ilə Vaşinqton universıtetinin professoru Hadi Sultan-Qurrai, o cümlədən Şərq-Qərb Tədqiqat Mərkəzinin əməkdaşı Dr. Bəhram Həsənovun “Kommunist re­jimində İslam milli şüurun qidalandırıcısı kimi” (“Islam as Sustenance in National Consciousness in Azerbaijan under the Communist Regime”) adlı mə­ruzəsi yer almışdı.

Konfrans materialları yaxın aylarda İndiana Universiteti tərəfindən kitab şəklində çap olunacaqdır.




Rəylər, mülahizələr


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin