Keçid mühiti, keçid məkanı
Bir obyektin, hadisənin dəyişməsi ilə onun iki müxtəlif məqamdakı vəziyyəti arasındakı uyğunsuzluqdan nə mənada danışmaq olar? Yəni keçmiş məqamdakı vəziyyət hansı formalarda isə (ilk növbədə adaptasiya olunmuş, xarici mühit) indiki vəziyyətlə ziddiyyətə girə bilir.
Lakin bir şey həqiqətdir ki, obyektin, sistemin dəyişməsi ilə onunla ətraf mühit, infrastruktur və s. arasında uyğunsuzluqlar və ziddiyyətlər qaçılmazdır. Burada adaptasiya sistemin yeni vəziyyəti ilə mühitin arasında getməlidir. Lakin nəyin hesabına obyektin, sistemin yenidən əvvəlki halına qayıtmaq məcburiyyəti, yoxsa mühitin dəyişməsi və ya heç olmazsa keçid mühitinin yaranması.
Lakin baxdığımız halda söhbət dəyişmədən, yəni zamanca (zaman oxunda) hərəkətdən gedir. Biz isə indi məkanda keçid mühitindən danışmaq istərdik.
Artıq qərarlaşmış obyekt-mühit sistemində (yeri gəlmişkən, Fixtenin Mən – Qeyri-Mən sistemində qeyri-Mən əslində reallıq müstəvisində mühitdir) isə keçid mühitləri də mövcud olur. Əks-təqdirdə mühitə qarşı fərqli mövqedə dayanan obyektlər (sistemlər) dağıla bilər, yenidən qurulmağa (reorqanizasiyaya) möhtac ola bilər.
Belə sadə misallara baxan ...kasıb bir adamın ətraf aləmdən qorunmasına ehtiyac yoxdur...Varlı adam ətrafında qoruyucular, cangüdənlər saxlayır, cəmiyyətlə özü arasında bir çəpər çəkir. Daha yüksək vəzifəli adam ətrafında vasitəçi məmurlar saxlayır. Onun iradəsi vasitəli şəkildə həyata keçir.
Dostları ilə paylaş: |