MüNDƏRİcat


Mənəvi sistemlərlə maddi sistemlərin qarşılıqlı əlaqəsi



Yüklə 1,64 Mb.
səhifə70/100
tarix02.01.2022
ölçüsü1,64 Mb.
#1945
1   ...   66   67   68   69   70   71   72   73   ...   100
Mənəvi sistemlərlə maddi sistemlərin qarşılıqlı əlaqəsi.

Maddi sistemdə – böyük dünyada kiçik ahəng haqqında.
Maddi dünyanın harmoniyası.

Fərdi mənəvi həyatın harmoniyası.

Mənəvi aləm nisbi müstəqilliyə malikdir. (bəlkə də tam müstəqilliyə).

İnsanın dini, imanı, düşüncələri, ideyaları, fikrində qurduğu planlar, ar­zular, məqsədlər bir-birini tamamlayıb bütöv, ahəngdar mənəvi sistem ya­ra­dır. (İnsan öz dünyasına qapılanda özünü daha rahat hiss edir). Lakin belə bir müstəqil sistemə, müstəqil həyata haradasa öz daxili məntiqi ilə deyil, in­sanın cismindəki dəyişiklik hesabına (fiziki, bioloji ölüm) qırılması və hət­ta guya yox olması fikri ilə heç cür razılaşmaq olmur.

Hər bir sistem öz daxili inkişaf qanunauyğunluğunun məntiqi son­lu­ğu­na malik olmalıdır. Tezis, antitezis, sintez məqamlarını keçməlidir (yeri gəl­­mişkən, insan həyatında bu ardıcıllıq da sanki pozulur: həmin prinsipə gö­­rə cavanlıqdan sonra qocalıq, sonra yetkinlik gəlməlidir. Mənəvi aləmin də öz qanunauyğun sonu olmalıdır. Lakin bu olmur. Deməli, mənəvi aləmin tam müstəqilliyi yoxdur. O, hansı məqamlardasa böyük maddi dünyada qo­vu­şur və böyük dünyanın da öz ahəngi var. Böyük dünyada baş verən had­i­sə­lərdəki səbəbiyyət zənciri fərdi mənəvi dünyadakı zəncirlə kəsişir və onu öz ağuşuna aparır.

Analogiya?! Musiqi aləti maddi bir cisimdir. Onun hərəkətindən başqa bir maddi proses alınır: musiqi (səsin, harmonik sistemin). Lakin simin qırılması kənar amil kimi olaraq pozur bu sistemi birdən-birə.

İnsan (burada insan musiqi alətinə və musiqi sisteminə görə yaradıcı ki­mi çıxış edir, hərçənd bunlar çox vaxt başqa insanlar olur) çalışır ki, aləti elə düzəltsin ki, musiqinin ortasında qırılmasın....neçə-neçə nisbi müstəqil sis­tem olan musiqi əsərləri tam çalınsın. (Bəs böyük Yaradan buna ça­lış­mır­mı? (İnsan orqanizmi də mükəmməl bir sistemdir).

Bəli, insan orqanizmi mükəmməl bütöv bir sistemdir və ətraf mühitlə əla­qəyə girərkən sadəcə mühitin bir elementinə çevrilir, öz quruluşu ilə, öz ahəngi ilə ətraf mühitə qarşı dayanır, öz strukturunu, öz nisbi bütövlüyünü, öz ahəngini qoruyub saxlamağa çalışır.

Təbiətdən kənara çıxmağın, hətta maddi bir obyekt olaraq təbiət qa­nun­larına tabe olmamaq, öz daxilindəki “dünyanın” qaydaları ilə yaşamağın gözəl nümunəsi orqanizmin temperaturunun saxlanmasıdır.

Fi­zikanın qanunlarına görə, təbiətin hər hansı hissəsində hansısa sə­bəb­dən temperatur dəyişikliyi baş verirsə, bu dəyişmə xüsusi izolyasiyası ol­mayan ətraf mühitə də yayılır. Məsələn, otaqda müəyyən temperatur var­sa, tədricən otaqdakı bütün cisimlər də həmin temperaturu alır. Amma insan bu otaqdan o otağa keçir, çıxır, istiyə girir – fərqi yoxdur, onun bədənində hə­mişə sabit temperatur var. Bu, nə deməkdir?




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin