İnam və idrak
I yaxınlaşma – fərqi dərk etməkdən başlanır. Onları heç cür qarışdırmaq olmaz. İnam – hissdir, ali duyğudur. İdrak – ağıldır, məntiq üzərində qurulur. İnamda hissin, duyğunun koqnitiv səviyyəsinə, primitiv səviyyəsinə (görmə, eşitmə, toxunma və s.) yer yoxdur. İnam hissin yüksək səviyyəsidir, intuitiv səviyyəsidir, idrakdan yüksək qatda olan səviyyədir.
İnam səviyyəsində təhlilə, idraka yer yoxdur – çünki idrak şübhədən bəhrələnir, inam hissi isə şübhənin antitezisidir, təhlilsiz, anlamaq, məntiqə salmaq cəhdi olmadan nəyi isə qəbul etməkdir.
Lakin real həyatda heç nə mütləq halda olmur: qarışıqlar, müxtəlif nisbətlər var...
Dostları ilə paylaş: |