QƏZƏB HAQQINDA FƏSIL
221
Qoy o qəzəbdən imtina etsin, qoy o, təkəbbüründən əl çəksin, qoy o bütün bağlılıqlarına qalib gəlsin. Ad və formaya bağlı olmayana heç bir bədbədxtlik üz vermir.
222
Oyanmış qəzəbini yoldan çıxmış arabanı saxlayan kimi saxlayanı mən arabaçı adlandırıram; qalanlar isə - sadəcə yüyən tuturlar.
223
Qoy o qəzəbə qəzəbin yoxluğu ilə, xeyirli olmayana xeyirli olanla qalib gəlsin, qoy o simicliyi səxavətlə, yalanı həqiqətlə üstələsin.
224
Həqiqəti söylə, qəzəbə uyma; səndən istəyirlərsə, – az bir şey olsa belə, – ver. Bu üç şərtlərin köməyi ilə tanrılara yaxınlaşmaq olar.
225
Heç kimi incitməyən, həmişə ölümlü bədənə malik olan müdriklər dəyişməz yerə gedirlər vəora gələndə onlar əzab çəkmirlər.
226
Daima oyaq olan, gecə və gündüz öyrənən və Nirvanaya can atanın arzuları tədricən yox olur.
227
Ey Atula1, bu birköhnə məsəldir və təkcə bizim zaman üçün deyilməyib: “Onlar sakit oturanı qınayarlar, çoxdanışanı da, qədərində danışanı da qınayarlar onlar”. Dünyada elə bir şey yoxdur ki, onlar onu qınamasınlar.
228
Yalnız qınanmağa yaxud yalnız təriflənməyə layiq insan olmayıb, yoxdur, heç zaman da olmayacaq.
229
O kəs ki, davranışında qüsursuzdur, müdrikdir, bilik və məziyyətlərlə doludur, beləsini günbəgün müşahidə etdikcə, müdriklər tərifləyərlər.
230
Cambu çayının qızılından hazırlanmış sikkə kimi olanı kim qınaya bilər? Onu hətta tanrılar belə tərifləyərlər: Brahmanın özü onu tərifləmişdir.
231
Bədənin günahlarından çəkin, bədənlə bağlı hər şeydə pəhrizkar ol, bədənin günahlarından qurtulduqdan sonra bədənin günahsızlığını qoru.
232
Sözün günahlarından çəkin, sözlə bağlı hər şeydə pəhrizkar ol, sözün günahlarından qurtulduqdan sonra sözün günahsızlığını qoru.
233
Ağlın günahlarından çəkin, ağılla bağlı hər şeydə pəhrizkar ol, ağlın günahlarından qurtulduqdan sonra ağlın günahsızlığını qoru.
234
Müdriklər bədəndə pəhrizkardırlar; onlar həmçinin sözdə də pəhrizkardırlar; müdriklər ağılda pəhrizkardırlar; onlar, həqiqətən, hər şeydə pəhrizkardırlar.
-
Dostları ilə paylaş: |