MüNDƏRİcat


IV MÖVZU. HAZIR MƏHSULLARIN VƏ ONLARIN SATIŞININ UÇOTUNUN AUDITI



Yüklə 1,69 Mb.
səhifə70/84
tarix02.01.2022
ölçüsü1,69 Mb.
#46149
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   84
«M hasibat u otu v audiT» (D rsliK) M ND R cat

IV MÖVZU. HAZIR MƏHSULLARIN VƏ ONLARIN SATIŞININ UÇOTUNUN AUDITI

4.1. Hazır məhsulların uçotunun auditi

4.2. Məhsul satışı göstəricilərinin auditi

ƏLAVƏ ƏDƏBİYYAT



1. Romanov A.N., Odinüov B.E. Kompöterizaüiə auditorskoy deətelğ­nos­ti, - M.: Audit, ÖNİTİ, 1996
4.1. Hazır məhsulların uçotunun auditi

Müəssisənin maliyyə sabitliyi və möhkəmliyi onun isıehsal etdiyi məh­su­lun daxili və xarici bazarda ilkin isıehlak tələbindən xeyli asılıdır. Buraxılmış hazır məhsulun planlaşdırılmış həcmdə satılması müəssisəyə imkan verir ki, istehsal məsrəflərini təmin etsin, büdcə, bank, kredit təşkilatları və digər müəs­si­­sələr qarşısında öhdəliklərini yerinə yetirməklə, isıehsalın təkmilləşdirilməsi və inkişafı üçün mənfəət əldə etsin.

Hazır məhsulların mühasibat uçotunun auditi zamanı istehsal olunmuş məhsulların müəssisə ambarına mədaxil olunması və satışının düzgün sənəd­ləş­dirilməsi çox vacibdir. Bununla əlaqədar olaraq auditor məhsul buraxılı­şı­nın uçotunun təşkili ilə ətraflı tanış olmalıdır. Bəzi hallarda məhsul buraxılışı və ambara mədaxil olunma İlə əlaqədar təhvil-qəbul qaimələrində və akt­la­rın­da isıehsal əməliyyatları tam başa çatmamış məhsullar hazır məhsul kimi gös­tərilərək sənədləşdirılır, Belə haida sexlərdə buna cavabdeh olan şəxslər qəbz verirlər ki, guya təhvil veriləcək hazır məhsulun bir hissəsi sexdə qalmışdır.

Hazır məhsulun buraxılışı ilə əlaqədar olaraq auditin məqsədi-istehsal olunmuş məhsulun tam həcmdə mədaxil olunması, satılmış məhsul üzrə satış pul vəsaitinin və satılmış məhsulun maya dəyərinin hesablanmasıdır.

Bununla əlaqədar olaraq auditor yoxlama dövründə aşağıdakıları həll etməlidir:

Hazır məhsulların qiymətləndirilməsi prinsipinin seçilməsinin əsaslaş­dı­rilması;



  • İsıehsal olunmuş məhsulların tam mədaxil olunmasının müəyyənləşdi­ril­məsi;

  • Alıcıya yüklənmiş və satılmış məhsulların həcminin təsdiq olunması;

  • Yüklənmiş və satılmış məhsulların maya dəyərinin müəyyənləş­di­ril­məsi.

Hazır məhsulların uçotunun auditinin aparılması üçün əsas informasiya mənbəi hazır məhsulun ambar uçotu kartı, preyskurantlar, məhsul satışı üzrə bağlanmış müqavilələr, məhsul buraxılışına dair hesab-qaimələr, satış uçotu jurnalı, alıcıların məhsul almalarına aid olan vəkalətnamələr, satışdan pul və­sa­itinin daxil olmasına dair ilkin bank və kassa mədaxil sənədləri (ödəmə tap­şı­rığı, ödəmə tələbnaməsi, kassa mədaxil orderi və s.) mühasibat uçotunun 20, 37,40,41,43,45,46,50,51,80 və s. hesabları üzrə aparılan yazılışlar hesab olunur.

Bütün göstərilənlərlə yanaşı auditor müəssisədə hazır məhsulların qiy­mət­ləndirilməsi prinsiplərini müəyyən etməlidir. Müasir şəraitdə hazır məhsulların qiymətləndirilməsində aşağıdakı müxtəlif formalardan İstifadə olunur:

• faktiki (tam) isıehsal maya dəyəri üzrə (fərdi isıehsal sahələrində);

• tam olmayan isıehsal maya dəyəri üzrə ümumi-zavod xərcləri daxil olmaqla (fərdi və kiçikseriyalı İsıehsal sahələrində);

• topdan satış qiymətlə müəyyən olunmaqla, topdan-satış qiyməti möh­kəm uçot qiyməti kimi qəbul olunur. Yaranmış fərq 37№-li «Məhsul bura­xı­lı­şı, iş, xidmət)» hesabında əks olunur;

• sərbəst buraxılış qiymətilə (ƏDV daxil olmaqla);

• sərbəst bazar (satış) qiymətlərilə (bu pərakəndə ticarət üzrə malların uçotunda istifadə olunur).

Hazır məhsulların qiymətləndirilməsi üzrə seçilmiş forma müəssisənin uçot siyasətində müəyyəniləşdirilməlidir. Bunula əlaqədar olaraq mühasibat uçotu hesablar planında uçotun təşkili üçün 40 №-li «Hazır məhsul», 37 №-li «Məhsul buraxılışı (iş, xidmət» hesabları müəyyən olunmuşdur.



Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin