Tofiq Köçərli - 15 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər II Ermənistan Respublikası, müxtəlif erməni siyasi qüvvələri «Böyük
Ermənistan» xülyası ilə yaşayırlar. Bu xulya naminə zaman-zaman gah bir qonşu
dövlət, gah da hamısı birlikdə erməni təbliğatının geniş miqyaslı ideoloji
hücumlarına və digər erməni təxribatlarına məruz qalır. Keçən əsrin 70-ci illərində
əsas təxribat hədəfi Türkiyə seçilmişdi. Türkiyənin şərq viayətlərini «azad edib»
Ermənistan SSR-yə birləşdirməyi özünün strateji məqsədi elan edən ASALA-nın
(Ermənistanı azad etmək uyğunda gizli erməni ordusu) dünya miqyasında türk
diplomatlarına qarşı qanlı terroru, ABŞ konqressində «Erməni genosidi» haqqında
qətnamə qəbul etmək məsələsi ətrafında aparılan kampaniya çoxumuzun
yadındadır.
Bu kampaniyaya ABŞ-dakı Erməni partiyaları - Erməni inqilabi federasiyası
(daşnak), Erməni sosial-demokrat partiyası və Erməni demokrat liqası başçılıq
edirdilər. 1985-ci il aprelin 13-də onlar «Armenian uikli» qəzetində birgə bəyanat
dərc etdilər. Orada deyilirdi ki, «bizim ərazi tələblərimiz yalnız Türkiyəyədir».
17
Bu bəyanatda Naxçıvan, eləcə də Dağlıq Qarabağ hələ hallanmırdı.
1985-ci il dekabrın 11-də Fransada ermənicə çıxan «Qamk» qəzetində daşnak
partiyasının siyasi manifesti dərc olundu. Manifest «Birləşmiş Ermənistan »
yaratmağı başlıca məqsəd elan edərək «Birləşmiş Ermənistan»ın dövlət
sərhədlərini müəyyənləşdirdi:
a)
«Birləşmiş
Ermənistan»ın
sərhədləri
Sevr
müqaviləsi
ilə
müəyyənləşdirilmiş əraziləri, Naxçıvan, Axalkələk və Qarabağ rayonlarını əhatə
etməlidir (10 avqust1920-ci ildə Fransanın Sevr şəhərində imzalanan müqavilə
Türkiyənin ərazisini bölüşdürməyi nəzərdə tuturdu. Lozanna sülh konfransı (1923)
Sevr müqaviləsini ləğv etdi);
b) Səpələnmiş erməni əhalisi müstəqil milli əraziyə repatriasiya edilməli və
bütün erməni xalqı bu ərazidə cəmləşməlidir;
v) Erməni xalqına qarşı «genosidə» görə Türkiyə kompensasiya verməlidir.
18