Tofiq Köçərli - 17 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Lepsins
- 1.600 min
Səmyuel A. Uimz həmin rəqəmlərə istinadən 1,5 milyon erməninin qətli
haqqında iddianı «ən böyük nağıl» adlandırır və deyir: «Ermənilər o vaxt
Anadoluda yaşamış ermənilərin sayından qat-qat artıq öldürülmüş erməni iddiası
ilə üstümüzə gəlirlər».
19
Erməni müəllifləri artıq çoxdan dünyaya car çəkirlər ki, Osmanlı imperiyası
hökumətinin erməniləri məhv etmək haqqında məxfi planı olmuşdur.
Bu iddia da əfsanədir.
Castin Makkarti və Karolin Makkarti 1989-cu ildə Vaşiqtonda nəşr olunmuş
«Türklər və ermənilər» adlı əsərdə yazıblar (ingiliscədən ruscaya tərcümə edilərək,
1996-cı il də Bakıda nəşr olunmuşdur):
«Bu günə qədər Đstanbul hökumətinin ermənilərin məhv edilməsinə dair gizli
planı olması barədə heç bir sübut aşkar edilməmişdir».
20
Daşnak partiyasının banilərindən biri olan Kaçaznuni (Ermənistanın birinci
baş naziri) 1923-cü ildə demişdir:
«1914-cü ilin payızı ərzində, hələ Türkiyə müharibə edən ölkələrə
qoşulmadığı və buna hazırlaşmadığı zaman Zaqafqaziyada böyük hay-küy və
böyük enerjilə könüllü drujinaların təşkili başlandı». Daşnak partiyası « həm
könüllü drujinaların təşkilində, həm də onların Türkiyəyə qarşı hərbi
əməliyyatlarında fəal iştirak etdi».
«Erməni könüllü dəstələrinin təşkili və türklərə
qarşı çıxması … əsrin az qala bir rübü ərzində erməni xalqının, bütöv bir nəslin
canına hopdurulmuş psixologiyanın təbii və labüd nəticəsi idi. Bu psixolojiya
püsgürməli idi, püsgürdü də».
21
Mayevski doğru deyib ki, daşnak partiyası peyda olana qədər Türkiyədə
türklərlə ermənilər arasında «heç bir ciddi anlaşılmazlıq olmayıb», xristian
xalqlarından heç biri yaşamaq haqlarının olmamasından şikayətlənməyib, «türklər
ermənilərə heç bir düşmən münasibət bəsləməyiblər». 1980-ci ildə meydana çıxan
daşnaklar «Asiya Türkiyəsində öz qardaşlarının (ermənilərin – T.K.) qatilləri»
oldular.