Tofiq Köçərli - 19 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 1987-ci ilin aprelində həmin partiyalar «birgə kommunike» dərc edib tələb
etdilər:
«2. Türkiyə erməni xalqına öz tarixi vətənini qaytarmalıdır;
… 6. Sovet Ermənistanının hökuməti təsirli metodlardan istifadə etməklə
erməni məsələsinin (daxili ərazi iddiaları ilə birlikdə ) Sovet hökuməti tərəfindən
qəbul edilməsinə nail olmalıdır».
25
«Daxili ərazilər»dən birinci olaraq Naxçıvan haqqında konkret iş görülməyə
başlandı. ABŞ-da «Naxçıvanı Ermənistana» hərəkatı yaradıldı. 1987-ci ilin
martında «Xarici ermənilərə müraciət» dərc olundu. Bir çox xarici erməni
qəzetlərinin dərc etdiyi həmin müraciətdə deyilirdi ki, «tezliklə Naxçıvan ölkəsini
Vətənlə birləşdirmək bizim yeganə məqsədimizdir». Bununla birlikdə, Dağlıq
Qarabağa dair niyyət də gizlədilmirdi. Elan edilirdi ki, Dağlıq Qarabağ məsələsinin
qaldırılması «Qarabağ milli vilayəti əhalisinin öz iradəsindən asılıdır. Əhali
Ermənistanla birləşmək arzusunu ifadə edən kimi bütün ermənilər kömək
edəcəklər». Erməni ictimaiyyətindən xahiş olunurdu ki, Naxçıvanı Ermənistanla
birləşdirmək haqqında SSRĐ rəhbərliyi qarşısında məsələ qaldırsın.
«Xarici ermənilərə müraciət» Ermənistanda da yayılır. Naxçıvanı
Ermənistanla birləşdirmək haqqında Ermənistanda 75 min imza toplanıb SSRĐ
rəhbərliyinə təqdim olunur.
SSRĐ rəhbərliyinin həmin petisiyaya münasibəti necə olmuşdu?
Azərbaycanın rəsmi dairələrinin Naxçıvan ətrafında fitnə fəsadlardan xəbəri
vardımı?
SSRĐ rəhbərliyinin Ermənistanda və Dağlıq Qarabağda antiazərbaycan əhval-
ruhiyyəsinin qızışdırılması barədə məlumatı var idimi?
Akademik Əfrand Daşdəmirov Moskvada çıxan «Azerbaydjanskiy konqress»
qəzetində (№ 2 (17) fevral 2005) «Qarabağ münaqişəsi: bu necə başlandı» adlı
qiymətli məqalə çap etdirmişdir. Məqalədə Dağlıq Qarabağ hadisələri ərəfəsində
SSRĐ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini işləmiş F.Babkovun
«DTK-i və hakimiyyət» (Moskva 1993) kitabından aşağıdakı sitat gətirilmişdir: