Tofiq Köçərli - 21 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər F.Babkovun kitabı Bakı kitabxanalarında tapılmadı. Onu Moskvadan gətirdik.
Kitabda mənə və mümkündür ki, bir çox oxucularımıza az məlum olan bəzi faktlar
və mülahizələr var. Onlardan bir neçəsini nəzərə çatdırmağı lazım bildim.
Öncə qeyd edək ki, Babkov Dağlıq Qarabağın ərazi mənsubiyyəti məsələsində
səhvə yol verir. Đddia edir ki, «1923-cü ildə erməni əhalisinin üstünlük təşkil etdiyi
Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olmuşdur».
Dağlıq Qarabağ həmişə Azərbaycan tərkibində olmuşdur. Heç bir zaman
Dağlıq Qarabağ Ermənistan tərkibində olmamışdır. 1923-cü ildə Azərbaycan
tərkibində olan Dağlıq Qarabağa məhz muxtar vilayət statusu verilmişdir.
Đndi də Bavkovun maraq doğuran fikirləri haqqında.
1. «1946-cı ildə Sovet Đttifaqı Türkiyə ilə münaqişə həddində idi. O zaman
Zaqafqaziyada qoşunlar cəmləşmişdi və müəyyən diplomatik addımlar atıldı. Qərbi
Ermənistan torpaqlarını Türkiyədən qoparıb Sovet Ermənistanına birləşdirmək
haqqında dərhal şayiələr və söz-söhbət yayıldı. Daşnaklar Sovet ittifaqını bu
addıma təhrik edir və birmənalı istəyirdilər ki, sovet ittifaqını dünənki
müttəfiqlərilə toqquşdursun. Şübhə yox idi ki, ABŞ və Böyük Britaniya bu
münaqişəyə hökmən qarışacaqlar. Ancaq xoşbəxtlikdən Sovet hökuməti bu
demarşa getmədi Erməni torpaqları həmişəki kimi daşnak liderlərinin əllərində
kozır kartı olaraq qaldı.
Münaqişəsiz qərbi Ermənistanı Türkiyə ilə birləşdirməyin mümkün
olmamasını başa düşən daşnaklar Böyük Ermənistan yaratmaq ideyasını Sovet
Đttifaqı ərazisində torpaqları (görünür, Babkov Azərbaycan və Gürcüstanın məlum
bölmələrini nəzərdə tutur – T.K.) əldə etmək yolu ilə həyata keçirməyi
planlaşdırdılar».
25a
Babkovun yazdıqlarından məlum olur ki, 1946-cı ildə SSRĐ-Türkiyə
münasibətlərinin gərginləşməsində, bu münasibətlərin az qala müharibə həddinə
çatmasında və beləliklə yeni dünya müharibəsi təhlükəsi yaranmasında daşnaklar
mənhus rol oynamışlar (Bir sıra qiymətli monaqrafiyalar müəllifi professor Cəmil
Həsənli bu günlərdə yeni bir fundamental tədqiqat əsəri – «SSRĐ-Türkiyə: soyuq