Tofiq Köçərli - 22 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər müharibənin sınaq meydanı» (Bakı,2005) kitabını çap etdirmişdir. SSRĐ-Türkiyə
münasibətləri tarixilə maraqlananlar bu kitabdan çox bəhrələnə bilərlər).
2. Babkovun əsərindən belə bir qənaətə gəlmək olur ki, ermənilər Sovet
Đttifaqının ən yeni tarixində terrarizmin pioneri olmuşlar.
1973-cü ildə ermənilər Moskvada 29 nəfərin həlak olması ilə nəticələnən 3
terror aktı-partlayış təşkil edirlər: 25 Oktyabr küçəsində, Dzerjinski meydanındakı
maqazində və «Đzmaylovskiy park» və «Pervomayskaə» stansiyaları arasında
metroda.
Terrorçular Moskvada mühakimə edildilər və cəzalandırıldılar. Lakin
«Erməni rəhbərliyi bu qanlı cinayəti respublika əhalisindən gizlətmək üçün hər
şeyi etdi. Ermənistan KP MK Birinci katibi Dəmirçiyanın göstərişilə erməni
dilində çıxan heç bir qəzet bu terror aktı haqqında məlumat dərc etmədi. Zatikyan
və onun əlaltılarının ali məhkəmədə mühakiməsi haqqında sənədli filmi hətta
Ermənistanın partiya fəallarına göstərmək qadağan olundu… respublika rəhbərliyi
qadağanı erməni xalqını rusların gözündən salmamaq niyyətilə əsaslandırdı»
25b
Bu arada akademik A.D.Saxarov «Đzvestiə» qəzetində bəyan etdi ki, ermənilər
guya qeyri-qanuni tutulmuşlar. Buna protest bildirən Saxarov inanmırdı ki, «üç
terrorçu bu cinayt törətmək üçün Moskvaya gələ bilərlər».
25V
Dəmirçiyan Saxarovun çıxışına sərt reaksiya verir: «Saxarov cinayətkarların
familiyalarını açıqlamağa neçə cürət etmişdir. Həmin materialın çap olunmasına
kim icazə vermişdir!».
Babkov vurğulayır ki, «hətta terror faktından heç kim siyasi nəticə çıxarmaq
istəmədi… heç kim məsələnin mahiyyətinə varmaq istəmədi… Mərkəzdə də,
yerlərdə də rəhbərlər başa düşmək istəmirdilər ki, iş bununla bitməyəcəkdir. Hətta
bir neçə ildən sonra respublikada millətçilik təmayülləri şiddətlənəndə və daşnaklar
öz ideologiyasını Ermənistanda fəal yayanda Ermənistan rəhbərliyi onlara lazımi
müqavimət göstərmədi. Görünür, bu, təsadüfi deyildi»
25q
Babkov, Yerevanda olarkən həmin kəskin problemlər barədə Dəmirçyanla
söhbət edir. Ondan «bizdə heç bir dəhşətli hadisə baş vermir!» cavabını alır.