377) Selektiv immunodepressantlara nə aiddir, birindən başqa?
A) Selsept
B) Siklosporin
C) Mofetila mikofenolat
D) Azatioprin
E) Takrolimus FK-506
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
378) Siklofosfamidin seçilmiş dozasının effektivliyini necə təyin etmək olar?
A) Qanda trombositlərin sayı ilə
B) Kliniki əlamətlərin azalması ilə
C) Qanda leykositlərin sayı ilə
D) Bütün sadalananları nəzərə almaqla
E) Qaraciyər fermentlərin aktivliyinin artması
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
379) Hansı tədbirlər həyata keçirmək lazımdır ki, siklofosfamid qəbul edən xroniki qlomerulonefritli xəstənin qanında leykositlərin səviyyəsi 2500 hüc/mkl –dən aşağı düşməsin?
A) Əvvəlki dozanı 10% azaltmaq
B) Əlavə prednizolon təyin etmək
C) Dozanı 10% artırmaq
D) Əvvəlki dozanı 25% azaltmaq
E) Preparatı kəsmək
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
380) Qlomerulonefritli xəstənin müalicəsinə siklofosfamidin təyinində hansı göstəriciləri nəzarətdə saxlamaq lazımdır?
A) Eritrosituriyanın səviyyəsini
B) Qanda leykositlərin səviyyəsini
C) Qanda neytrofillərin səviyyəsini
D) Qaraciyər fermentlərin aktivliyini
E) Bütün sadalananları
Ədəbiyyat: " Nefrologiya " , M.Ağayev
Dostları ilə paylaş: |