677) Preeklampsiyanın gedişinin proqnozunda nəyin olması əhəmiyyət kəsb edir?
A) Yüksək proteinuriyanın
B) Eritrosituriyanın
C) Ödemlərin
D) Leykosituriyanın
E) Arterial təzyiqin
Ədəbiyyat: "Nefrologiya", M.Ağayev
678) Preeklampsiya olan xəstədə dölə mənfi təsir göstərən müalicə hansıdır?
A) Hipotiazid
B) Yataq rejimi və pəhriz
C) Plazmaəvəzedicilər
D) Kurantil
E) Polivitamin
Ədəbiyyat: "Nefrologiya", M.Ağayev
679) Diabetik nefropatiyalı xəstələrdə AÇF - inhibitorlarının təsir mexanizmi hansıdır?
A) Bütün sadalananlar
B) Plazmada kaliumun miqdarını qaldırır
C) Hiperfiltrasiyanı azaldır
D) Arterial təzyiqi endirir
E) Periferik vazodilatasiya əmələ gətirir
Ədəbiyyat: "Nefrologiya", M.Ağayev
680) Diabetik nefropatiyanın ilkin mərhələsində qlükozanın maksimal reabsorbsiyası necə olur?
A) Normal olur
B) Azalır
C) Dəyişmir
D) Artır
E) Kəskin artır
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Dostları ilə paylaş: |